Tədbirlər
Mayın 18-ində Beynəlxalq Muzeylər Günü münasibətilə açıq qapı təşkil olundu. Sumqayıtın Tarixi Muzeyində bu münasibətlə “Muzeylər maariflənmə ocağıdır” mövzusunda “Muzeyimizin fondlarından” ekspanatlar sərgiləndi. Açıq qapı günü şəhər sakinləri, məktəblilər və tələbələr muzeyə cəlb olunmuşdur. Tərtib olunmuş sərgiyə 130 nəfər baxmışdır.
Sumqayıtın Tarixi Muzeyində Şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı və dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Sumqayıt bütün Azərbaycanın gözəl təcəssümüdür” adlı tədbir keçirilmiş, mövzu ilə əlaqədar Uşaq İncəsənət Məktəbləri şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi təqdim olunmuşdur. YAP Sumqayıt Şəhər Təşkilatı Qadınlar Şurası və Gənclər…
Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə Sumqayıtın Tarixi Muzeyində tədbir keçirilmişdir. Tədbirdə şəhərin orta ümumtəhsil məktəbinin şagirdləri iştirak etmişdir.
Sumqayıtın Tarixi Muzeyinin “Şəhidlər qalereyası” zalında 1990-cı il 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar “Qara Yanvar” adlı tədbir keçirilmişdir. Tədbirdə şəhərin 3 və 28 saylı tam orta məktəbin şagirdləri və sumqayıtlı rəssam Nizami Dadaşov iştirak etmişdir. Tədbirdə faciəni əks etdirən bədii kompozisiya tədbir iştirakçılarına təqdim olunmuşdur.
Noyabrın 23–də muzeydə Sumqayıt şəhərinin 63 illiyilə əlaqədar kimyaçı – fəhlə şair Vahid Həsənovun “Poet s plamennım serdçem” (“Yanar ürəkli şair”) adlı kitabının təqdimatı keçirildi. Tədbirdə şəhərin tanınmış ziyalıları, şairin həyat yoldaşı, yaxınları, “Azərkimya” Istehsalat Birliyinin səlahiyyətli nümayəndələri, şəhərin ümumtəhsil məktəblərinin müəllim və şagird   heyəti, S. Vurğun adına Mərkəzləşdirilmiş Kitabxana…
  Əsası 1977–ci ilin avqust ayında oberburqomistr doktor Lüdviq Verner və SSRİ ilə əlaqələr yardım cəmiyyətinin Reyn Nekar əyaləti üzrə sədri Georq Henrix fon Bülounun tərəfindən qoyulan Lüdviqshafen–(Almaniya Respublikası) Sumqayıt (Azərbaycan Respublikası) dostluq əlaqələrinin yaradılmasının bu il 35 yaşı tamam olur. Bu münasibətlə Sumqayıt Şəhərinin Tarixi Muzeyində dostluğun 35 və…
Sentyabrın 26 – da sumqayıtlılar möhtəşəm “ Şəhər günü ” nü təmtaraqlı şəkildə qeyd etdilər. Sumqayıtın ən qədim yaşayış məskəni olan Coratda təşkil olunmuş bazar kompozisiyasında muzeydə mühafizə olunana məişət və etnoqrafiya əşyalarından ibarət səyyar sərgi nümayiş olunmuşdur.  
     4 iyul 2012 –ci ildə Sumqayıtın Tarixi Muzeyində şəhid Elman Müslüm oğlu Abbasovun anım günü keçirildi. 19 il öncə, həmin tarixdə Ağdam uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan Elmanın anım gününə toplanan ictimaiyyət nümayəndələri, o cümlədən, şəhidin ailə üzvləri, qohumları onu xoş xatirələrlə yada saldılar. Tədbirdə şəhidin vaxtı ilə fəal…
14 iyun 2012-ci ildə Miili Azərbaycan Tarixi Muzeyində YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının təşəbbüsü ilə Milli Qurtuluş gününə həsr edilmiş iclas keçirildi. İclası giriş sözü ilə açıq elan edən YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının sədri P.Əzimova qeyd edilən günün önəmini vurğulayaraq, 1993-cü ildə Heydər Əliyevin Azərbaycan…
Şərqdə ilk demokratik dövlət–Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 94 illik tarixi ilə bağlı keçirilən silsilə tədbirlərdən Sumqayıtın Tarixi Muzeyinə də “pay” düşdü. Bu xüsusda muzey materialları əsasında tərtib olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz !” sərlövhəli sərgi bir əsrə yaxın şanlı tarixi əhatə edə bildi. Mayın 25–də “Azərikimya” İstehsalat…
Səhifə 3 > 4-dən