Tədbirlər
Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə Sumqayıtın Tarixi Muzeyində tədbir keçirilmişdir. Muzeyin fond materiallarının – sənədlərin, fotoşəkillərin, kitabların yer aldığı sərgidə Sumqayıtlı rəssam İntiqam Ağayevin kətan üzərində yağlı boya ilə işlənmiş “Dəhşətli gecə”, “Qoruya bilmədim, bağışla ...”, “Mələk” rəsm əsərləri nümayiş edilmişdir.  Tədbirdə Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, rəssam İntiqam…
Yanvarın 19-da Sumqayıtın Tarixi Muzeyinin “Şəhidlər  qalereyası” zalında Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 14 saylı orta  məktəbin şagirdlərinin iştirakı ilə tədbir  təşkil olundu. Tədbirdə 25  il əvvəl Sovet Ordusunun Bakida törətdikləri ağılasığmayan cinayətlərdən, qanlı hadisələrə baxmayaraq Azərbaycan xalqının  milli-azadlıq mübarizəsində  bir  yumruq  kimi  mətin  dayanmasından  söhbət  açıldı. Sonra məktəblilərə…
Noyabrın 7-də Sumqayıtın Tarixi Muzeyində şəhərin yaranmasının 65 və Sumqayıtın fəxri vətəndaşı,  Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 90 illiyinə həsr olunmuş “Sətirlərdə yaşayan şəhər” adlı ədəbi–bədii gecə keçirildi. Tədbirdə muzeyin fondunda mühafizə olunan nadir  fotoşəkillər vasitəsi ilə şəhərin 65 illik tarixinin ən maraqlı anlarının video–çarxı iştirakçılara təqdim olundu.…
Mayın 26-da Sumqayıt şəhərinin Tarixi Muzeyində Sumqayıt şəhər 14 və 34 saylı tam orta məktəblərinin XI sinif şagirdləri və tarix müəllimlərinin iştirakı ilə M.Ə.Rəsulzadənin anadan olmasının 130 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı sərgi…
Mayın 17-də “Muzeylər gecəsi” aksiyası çərçivəsində Sumqayıtın Tarixi Muzeyində tədbir keçirilmişdir. Tədbirdə muzeylərin yaranma tarixindən, muzeylərin fəaliyyətindən söhbət açılmış, sumqayıtlı rəssamların əsərlərindən və tətbiqi sənət ustası  Xatirə Tapdıqovanın əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir. Muzeylər gecəsi münasibətilə muzeydə “Açıq qapı” günü elan edilmişdir. “Açıq qapı” günündə “Azərkimya” İB-nin əməkdaşları, Sumqayıt…
Mayın 5-də Sumqayıtın Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Namiq Qaffarov çıxış edərək yubiley münasibətilə mədəniyyət müəssisələrində və şəhərdə keçiriləcək tədbirlər haqqında məlumat verdi.…
Azərbaycan və bütün Qafqaz regionunda turizm sənayesinin böyük ixtisaslaşdırılmış tədbirlərindən biri - 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF 2014") sərgisi 3 aprel tarixində Bakı Ekspo Mərkəzində keçirilmişdir. "AITF" sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif bölgələrin koloriti ilə nümayiş etdirən aparıcı beynəlxalq sərgi statusunu qazanmışdır…
Fevralın 22 – də Sumqayıtın Tarixi Muzeyinin “Şəhidlər qalereyası” zalında Xocalı faciəsinin 22 – ci ildönümü ilə əlaqədar “Xocalı tarixi yaddaşımızdır” adlı tədbir keçirilmişdir. Tədbirdə Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən sərgi ilə yanaşı video – slayd nümayiş etdirilmiş, eyni zamanda 14 saylı orta məktəbin şagirdləri ilə birgə hazırlanmış bədii…
Yanvarın 13-də Sumqayıtın Tarixi Muzeyin “Şəhidlər qalereyası” zalında 20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar “Bakı,20 yanvar 1990” adlı sərgi tərtib edilmişdir.Sərgidə hadisə ilə bağlı Sumqayıtlı rəssamların rəsm əsərləri, dövri mətbuat materialları və fotolar əks olunmuşdur. Sərgi ilə yanaşı ekspozisiya şöbəsinin əməkdaşları “20 yanvar istiqlal tariximizin zirvəsidir” mühazirəsi ilə dinləyicilər…
Dekabrın 23-də  Sumqayıtın Tarixi Muzeyində “İlham Əliyev – 10 il hakimiyyətdə” kitabının təqdimatı olmuşdur. Yüksək poliqrafik səviyyədə tərtib edilmiş kitab Sumqayıt İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşəbbüsü və təşkilatı dəstəyi ilə nəşr olunmuşdur.  AzərTAc xəbər verir ki, kitabda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi…
Səhifə 2 > 4-dən