Xəbərlər
Novruz bayaramı münasibətilə keçirilən ümumşəhər tədbirində Sumqatıtın Tarixi Muzeyi Sumqayıt Dövlət Rəsm Qalereyası ilə birgə sərgi təşkil etmişdir. Sərgidə Azərbaycanın milli sənətkarlıq nümunələri nümayiş etdiilmişdir.
Sumqayıtın   Tarixi   Muzeyində fevralın      15 - dən   etibarən   “Xocalı   ağrıyan   yaralarımız”   mövzusunda   sərgi nümayiş olunmuşdur.   Sərginin   ana xəttini   Xocalı   şəhidi   Mələk   Əyyubovanın   şəxsi   arxivindən   materiallar   təşkil   etmişdir.   Sərgi   muzeydə   və  muzeydənkənar     tədbirlərdə     “Xocalı tarixi   yaddaşımızdır” mühazirəsi ilə   birlikdə   təqdim   olunmuşdur.   Tədbirlərə   Ə.Bakıxanov   adına   musiqi   məktəbi,   5, 38, 28, 23  …
                    Əsrin ən böyük cinayətləri sırasında yer almış Xocalı faciəsinin qurbanları insanlığa qarşı çevrilmiş vəhşətin ən uca zirvəsində durmuş oldular. Muzeyin fond materialları əsasında hazırlanmış sərgidə yer almış fotoşəkillər, hadisəni bütün çılpaqlığı ilə oxucuya təqdim edən kitablar, jurnallar erməni vandalizminin sübutudur. Xocalı faciəsinin şahidi və şəhidi Mələk Əyyubova ilə bağlı…
Sumqayıtın Tarixi Muzeyində sumqayıtlı məktəblilərin “ Prezident Sumqayıt məktəblilərinin gözü ilə ” mövzusunda yazdıqları inşa yazıları əsasında eyni adda nəfis tərtibatda çap olunmuş kitabın təqdimatı keçirildi. Təqdimat mərasimində şəhər rəhbərliyi, şəhər fəalları, təhsil işçiləri, məktəblilər iştirak etdilər. Mövzu ilə bağlı öz təəssüratlarını bildirən tədbir iştirakçılarına sonda kitablar hədiyyə olundu. Qeyd…
Sumqayıtın Tarixi Muzeyində M. Ə. Rəsulzadə adına 2 № - li kitabxana – filialın əməkdaşları, oxucu kütləsinin iştirakı ilə növbəti tədbir keçirildi. Yanvar faciəsinin XXII ildönümü ərəfəsində keçirilən tədbirdə iştirakçılar muzey fondunun materialları əsasında tərtib olunmuş “ Əsrə bərabər gecə ” sərlövhəli sərgi ilə tanış olmuşlar. Tədbirdə 50 nəfər iştirak…
Sumqayıtın Tarixi Muzeyində   20 Yanvar faciəsinin XXII ildönümü   ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə iştirak etmiş S. Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumu və Bülbül adına 2 № - li Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyəti muzey əməkdaşları tərəfindən fond materialları əsasında tərtib olunmuş “ Əsrə bərabər gecə ” sərlövhəli sərgi…
Sumqayıt Türk liseyində Yanvar faciəsinin XXII ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirə dəvət almış muzey əməkdaşları liseyin müəllim və şagird heyəti qarşısında faciə ilə bağlı “ Əsrə bərabər gecə ” sərlövhəli mühazirəni və eyni adda fond materialları əsasında tərtib olunmuş sərgini təqdim etmişlər. Tədbirdə 150 nəfər iştirak etmişdir.               …
İyunun 24-də, Azərbaycan Milli Ordusunun yaradılmasının ildönümü ərəfəsində Sumqayıtın Tarixi Muzeyində Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş İlqar Eminovun şeirlərini özündə əks etdirən “Şəhidin sözləri” adlı kitabın təqdimatı mərasimi keçirilmişdir. Kitabda şəhid İlqar Eminovun 1990–1992-ci illərdə qələmə aldığı şeirləri, poemaları toplanıb. İlqar 14 yaşından şeir yazmağa başlayıb. Bu şeirlər yazılı…
Səhifə 6 > 6-dən