Sumqayıt Şəhərinin Tarixi Muzeyində şəhərin 65 illiyinə həsr olunmuş “ Sumqayıtın tarixi və bu günü ” adlı foto sərgi tərtib olunmuşdur

muzey_65sergimuzey_65sum

26 sentyabr 2014 – cü il tarixdə Sumqayıt Şəhərinin Tarixi Muzeyində   şəhərin 65 illiyinə həsr olunmuş “ Sumqayıtın tarixi və bu günü ”   adlı foto sərgi tərtib olunmuşdur. Sərgidə 1940 – cı ildən başlayaraq   Sumqayıtda gedən nəhəng tikinti  işləri muzeyin fondunda mühafizə olunan  nadir fotoşəkillərin dili ilə şəhərin tarixinin müəyyən  anlarını göz  önündə canlandırır. Şəhərin ən qədim yaşayış məskəni Coratın bağ evləri, burada fəaliyyət göstərmiş daş karxanası, çıxarılan daşların şəhərin tikintisində istifadəsi, ilk suyun çəkilməsi, ilk məhəllələrin salınması və s. kimi unikal fotolar bu gün böyük   tarixi   əhəmiyyətə   malikdir. Sərgidə   eyni zamanda Sumqayıtın müasir görüntüləri, yeni açılan sənaye müəssisələri, sosial obyektlər, yeni salınmış parklar, meydanlar əks olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sumqayıtda həyata keçirilən müxtəlif təməlqoyma və açılış mərasimlərindən   olan fotolar   ölkə başçısının şəhərimizə göstərdiyi diqqət və qayğının ən bariz nümunələridir.