Sumqayıtın Tarixi Muzeyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Bülbül adına 2 saylı uşaq incəsənət məktəbi ilə birgə “20 Yanvar-əsarətin son gecəsi” mövzusunda anım mərasimi keçirilib

yanvar_20muzey20164Sumqayıtın Tarixi Muzeyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Bülbül adına 2 saylı uşaq incəsənət məktəbi ilə birgə “20 Yanvar-əsarətin son gecəsi” mövzusunda anım  mərasimi  keçirilib. Tədbiri giriş sözü ilə açan kütləvi ekspozisiya şöbəsinin müdiri S.Əmirova, Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakultələrinin müəllimi, Tarix  üzrə  fəlsəfə elmləri doktoru Samir Kərimli, Tarix və Coğrafiya  fakültəsinin  tələbələri  Mirşamxal Həsənli  və Fərid Vaqifli o, müdhiş gecədə Bakıda törədilmiş qanlı hadisələr zamanı soydaşlarımızın başına gətirilən faciələrin məqsəd və nəticələrini geniş təhlil edərək fikir  və düşüncələrini  bölüşüblər. Sonda  muzeyin  direktoru, əməkdar  mədəniyyət  işçisi  O.İslamova  imperiyanın  qanlı  terror  aktına  hüquqi – siyasi  qiymət  verilməsində   ümumilli   lider  Heydər  Əliyevin  tarixi  xidmətlərini  vurğulayıb. Tədbirdə muzeyin fondundan “Bakı, 20 Yanvar 1990” adlı  sərgisi və  2 saylı  incəsənət  məktəbinin  şagirdlərinin     “20 yanvar uşaqların gözü  ilə” mövzusunda rəsm sərgisi təqdim olunub.

yanvar_20_muzey20163

yanvar_20_muzey20161