Sumqayıtın Tarixi Muzeyinin mühazirə zalında şəhid Elman Müslüm oğlu Abbasovun xatirəsinə ithaf olunmuş “Həsrət yanğısı” kitabının təqdimatı oldu

muzeyde_sehid1Noyabrın 6-da Sumqayıtın Tarixi Muzeyinin mühazirə zalında R.Veysəllinin  torpaqlarımızın azadlığı yolunda canından keçmiş şəhid Elman Müslüm oğlu Abbasovun  xatirəsinə ithaf olunmuş “Həsrət yanğısı” kitabının təqdimatı oldu.

Tədbirdə Şəhid Elman Abbasovun ailə üzvləri, yaxınları, kitabın müəllifi  R.Veysəlli, Əməkdar jurnalist R.Oday, Sumqayıt  Texniki  Kollecinin tələbələri, “Təfəkkür”  Liseyin şagirdləri, Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminin nümayəndələri, N.Nərimanov  adına Mədəniyyət evinin “Pöhrə” uşaq aşıqlar ansamblı iştirak edirdi.

muzeyde_sehid2muzeyde_sehid3