Oktyabrın 25-də Azərbaycan kimyasının 70 illik yubileyi ilə əlaqədar Sumqayıtın Tarixi Muzeyində “Azərikimya” İstehsalat Birliyinin iştirakı ilə tədbir keçirilmişdir

muzey_kimya3

25.10.2015-ci il tarixdə Azərbaycan kimyasının 70 illik yubileyi ilə əlaqədar Sumqayıtın Tarixi Muzeyində “Azərikimya” İstehsalat Birliyinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir ilə əlaqədar  olaraq muzeyin fond materialları əsasında elmi heyət 70 illik tarixi əks etdirən sərgi tərtib etmişdir. Yubiley tarixi ilə əlaqədar baş tutan tədbirdə SOKAR-ın prezidenti Rövnəq Abdullayev, Sumqayıt Şəhərin İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Azərikimya” İstehsalat Birliyinin müşahidə  şurasının sədri Muxtar Babayev və digər rəsmi şəxslər iştirak etmişlər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət”  ordeni və “Tərəqqi” medalları ilə təltif olunanlara yüksək mükafatlar təqdim olundu, bir qrup kimyaçıya  isə Fəxri Fərman və pul  mükafatı verildi.

muzey_kimya1muzey_kimya2