18 May–Beynəlxalq Muzeylər Günü münasibətilə Sumqayıtın Tarixi Muzeyində tədbir keçirilmişdir

muzeyler_gunu20156

1977-ci ildən etibarən, dünya muzeylərinin işini  əlaqələndirən bir  təşkilat – Beynəlxalq  Muzeylər  Şurası fəaliyyətdədir. UNESCO-nun nəzdində yaradılmış şuranın qəbul etdiyi qərara  müvafiq 1978-ci  ilin 18 may günü təqvimə  Muzeylər Günü kimi yazılmışdır.

1999-cu ildə Fransa Respublikası muzeylərinin əməkdaşları “Muzeylər baharı” aksiyasının  keçirilməsi ilə bağlı ilk təşəbbüsü irəli sürdülər. Respublikamızın muzey ictimaiyyəti bu təşəbbüsü 4 may 2003-cü ildə “Sirlər və açıqlıqlar” mövzusunda keçirilmiş  tədbirlə dəstəkləmiş oldular. Şəhərimizin  tarixini  əks etdirən muzeyimiz isə bir  il sonra–2004-cü ilin 2 may tarixində “Muzeylər baharı” aksiyasını  “Tarix   və  tarixlər” mövzusunda  keçirilən  tədbirlə ilk uğurlu addımı atmış  oldu. Ənənəni  “Açıq  Qapı”  aksiyası  ilə davam  etdirən  Sumqayıtın Tarixi Muzeyinin əməkdaşları 16–18 may  2015-ci il tarixlərində  şəhərin  tarixi ilə yanaşı, sumqayıtlı keramikaçı rəssam Nəsibə Şükürovanın əl işlərindən ibarət fərdi sərgini  ziyarətçilərə  həvəslə  təqdim edirlər.

18 May–Beynəlxalq Muzeylər Günündə muzeyin qonaqları olan Sumqayıt Dövlət Universitetinin   tələbələri keçilən tarixə nəzər salaraq bu  günlə səsləşən suallara cavab tapmış oldular.

Tarixi günlə əlaqədar 3 gün ərzində keçirilən “Açıq Qapı” aksiyasında 150 nəfər iştirak etmişdir. 

muzeyler_gunu20155muzeyler_gunu20154