Sumqayıtın Tarixi Muzeyində 9 May Faşizm üzərində qələbənin 70-ci ildönümü və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mühazirə təşkil olunmuşdur

muzey_qelebe2015

Mayin 7-də Sumqayıtın Tarixi Muzeyində 9 May Faşizm üzərində qələbənin  70-ci ildönümü və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mühazirə təşkil olunmuşdur.

14 saylı tam orta məktəbin şagirdlərinin dəvət olunduğu tədbirdə kiçik elmi  işçi  Z.Fətəliyeva “Sumqayıt müharibə illərində” adlı  mühazirə ilə çıxış etmişdir. Sonra məktəblilər muzeyin fondunda saxlanılan 1941–1945-ci illərdə faşizmə qarşı döyüşən  müharibə iştirakçılarının şəxsi arxivlərindən ibarət  “Qələbə-70” sərgisi ilə yaxından tanış olmuşlar.

muzey_qelebeden15muzey_qelebe15