“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə muzeyin elmi heyyəti tərəfindən Sumqayıt abidələri və tarixi yerlərinə ekskursiyalar təşkil edilmiş, tədbirlər keçirilmişdir.

abide_hamam“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə muzeyin elmi heyyəti tərəfindən Sumqayıt abidələri və tarixi yerlərinə ekskursiyalar təşkil edilmişdir. 
Corat Cümə məscidinə, Gülxatın məscidinə, vaxtı ilə kükürdlü suyu ilə məşhur olmuş Hacı Məcid hamamına, Lələ pirinə, Şəhid pirinə ekskursiya muzey əməkdaşlarının tarixlə bağlı məlumatlarını zənginləşdirmiş oldu.
Həmçinin, muzey əməkdaşları 4 saylı tam orta məktəbin şagirdləri ilə birgə Sumqayıtdakı tarixi abidələri “20 Yanvar”, “Xocalı”, “Göyərçin” və digər abidələri ziyarət etmişlər.

abide_muzeygoyercin

abide_muzeyxocali