Şəhərin tarixi

  • PDF

Şəhərin tarixi

         SUMQAYITIN    ŞƏHƏR     STATUSU   ALINMASINA    QƏDƏR    ONUN    TARİXİ   

        HAQQINDA   MƏLUMAT.   ŞƏHƏRİN   ƏSASININ   QOYULMASINI    DOĞURAN 

        AMİLLƏR.

Sumqayıt şəhəri Xəzər dənizi  sahildə, Abşeron yarımadasının şimal–qərb hissəsində yerləşir. Onu Azərbaycanın paytaxtı Bakı şəhərindən 40 km məsafə ayırır. Sumqayıt subtropik quru, isti yayı, mülayim, bəzən qarsız qışı və seyrək yağmuru olan iqlim şəraitinə malikdir, şimaldan istiqamətlənən xəzri və ya giləvar küləklər çox vaxt hökm sürür. Şəhərin  səviyyəsi dəniz səviyyəsindən bir qədər hündürdədir. Şəhərin ətraf   sahəsinin mənzərəsi yarımsəhralıq və  yaşılsızlıqdır.

Sumqayıtın tarixi ilə bağlı bir sıra maraqlı   məlumat və faktlar mövcuddur. Bu  rayon öz  adını həmin ərazidən keçən çayın adından və  əhali yaşayan məntəqədən götürüb.

Tarixçi  etnoqraf alim A.Hüseynzadənin  “Abşeron yarımadasının etnik toponomiyaları   haqqında:Corat, Saray, Sumqayıt” adlı  məqaləsində Sumqayıtın tarixinə aid çox  maraqlı faktlar var. Məqalədən məlum olur  ki, bu şəhər yaranmamışdan çox əvvəl  Abşeronda Sumqayıt adında 4 müxtəlif  obyekt olmuşdur:əhali yaşayan məntəqə, çay, mayak, dəmiryol  stansiyası.

Ədəbiyyatda toponomiyanın aşağıdakı   variantları məlumdur: Sumqayıt, Suqayıt, Sumqay, Sukkait.

Tarixi mənbələrdən belə məlum olur ki,   orta  əsrlər  dövründə  Sumqayıtdan böyük bir   ticarət   yolu  keçirmiş. O dövrün səyyahları  Sumqayıt  çayının  hər  iki  tərəfində  yerləşən  iki karvan–sarayın təsvirini vermişlər.  Sonralar arxeoloqlar tərəfindən tapılmış   körpünün uçuqları və həmin  karvan – saraylar  XVI – XVII  əsrlərə  aid  edilir.

XIX  əsrin  40–cı  illərində rus  səyyahı  İ. Berezin xalq etimologiyasına əsaslanaraq öz  qeydlərində göstərir: “Sumqayıtın  yaxınlığından çay axır, Sumqayıt və ya  Suqayıt, hansı ki, türk dilində “Su  qayıt”  mənasını bildirir. Şəhərə ona görə belə bir ad  verilib ki, guya çayın suyu istidə quruyur,  yağışdan  sonra əmələ gəlirdi  “.  

Azərbaycanda Sovet Hakimiyyəti  qurulandan sonra respublikamızda yeni–yeni  şəhərlər salınmağa başladı. Bu şəhərlər  içərisində Mingəçevir, Əli–Bayramlı,  Daşkəsən, Sumqayıt vardı. Hökumət  Sumqayıtın qurulmasına daha çox diqqət  yetirirdi. Sumqayıtın yaranması Azərbaycanda metallurgiya və kimya  sənayesinin yaranmasına səbəb oldu. Bu da   respublika sənayesinin əsas sahəsi olan neft   istehsalı və emalı ilə texnoloji surətdə bağlı  idi. 

1934–cü ildə Moskvada keçirilən  Ümumittifaq bolşeviklər Partiyası XVII  qurultayında Sumqayıtda əlvan  metallurgiya  və kimya sənayesinin inkişafı ilə əlaqədar  yeni  kombinatlar, sintetik  kauçuk zavodları   və s. obyektlərin tikilməli olduğunu bildirdi.

  1930-35–ci  illərdə layihələşdirmə institutunun işçilərindən bir qrupu Bakı sənaye rayonunun layihəsini hazırlamış   professor  V. Semyonovun  başçılığı  altında  Abşeron yarımadasında  şəhər – peyklər   yaratmaq fikrini irəli sürdülər. Ağır sənayenin xalq komissarlığı kombinatların və istilik  elektrik stansiyaların tikintisi üçün torpaq  sahəsi  ayırmaq məqsədi  ilə 1934–cü ilin avqustunda Bakıya SSRİ AS XK– nın  xüsusi  dövlət komissiyası gəldi. Komissiya Sumqayıt dəmiryol stansiyasından çox da  uzaqda olmayan torpaq sahəsinin  məqsədəuyğun hesab etdi. Bu sahənin bir  sıra əlverişli xüsusiyyətləri burada böyük   tikintilərin aparılmasına imkan yaradırdı : 

 -kifayət qədər iri sənaye  şəhərinin  tikintisi üçün təyin olunmuş ərazi ;

-Abşeron yarımadasının digər rayonlarından fərqli olan hava şəraiti ;

-Bakını su ilə təchiz edən Şollar su kəməri ;

-Bakını respublikanın rayonları ilə əlaqələndirən Sumqayıt dəmiryol stansiyasının və şosse yolunun yaxınlığı;

-ərazinin dənizlə əhatə olunması ;

Qəbul olunmuş qərara əsasən şəhərin  layihələşdirilməsi üçün ərazinin  yoxlanılması işi başlandı. Şəhər peyk tikintisi üçün ərazi  səhralıqdan ibarət idi. Yeganə su yeri Sumqayıtçay idi.

 

          Mövzunu əhatə edən sənədlər,  fotoşəkillər və  digər muzey əşyaları        

          muzeyin fondunda mövcuddur.

 

 

1935 – 1941 – ci  illər   

SUMQAYITDA   İLK   TİKİNTİ    İŞLƏRİNİN    APARILMASI.              

1935–ci ildən başlayaraq Sumqayıtın layihələşdirilməsi ilə Moskvanın, Leninqradın və Bakının müxtəlif layihə  təşkilatları məşğul oldu. Nəhayət 1938–ci  ildə Sumqayıt İES–nın tutduğu  sahədə müvəqqəti  yaşayış  məntəqələrinin  tikintisinə başlandı.

1939–cu ildəÜK(b) P XVII qurultayı xalq təsərrüfatı inkişafının III  beşillik planını təsdiq etdi. Qurultayda əsas diqqət yeni  energetik sənaye müəssisələrinin tikintisinə yönəldilmişdi Qurultay III beşillikdə Moskvada, Leninqradda, Çelyabinskdə, Kiyevdə, Sumqayıtda İES–nın tikintisinə  xüsusi diqqət yetirilməsini vacib bildi. Qərara  alındı  ki, İES–ı birinci  Sumqayıtda tikilsin.  Çünki o enerji ilə təkcə tikintiləri yox,  gələcək  müəssisələri də təmin etməli idi.  1941–ci il fevralın 13–də Sumqayıt  İES–nın  I generatoru Bakının neft sənayesinə ilk  cərəyan verdi. 

Sumqayıtın qabaqcıl  energetikləri S. Səlimov, K. Salmanov, İ.Zairov,

S. Məmmədov öz işlərində qüvvə və   bacarıqlarını əsirgəmədilər. Sumqayıt İES elə bir bünövrədir ki, onun əsasında   respublikamızda üçüncü sənaye rayonu  yarandı. 

1939–40–cı illərdə  kimya , boru yayma,   SK zavodlarının bölmələri tikilməyə başladı.

 

          Mövzunu əhatə edən sənədlər,  fotoşəkillər, şəxsi arxivlər və digər    

          muzey əşyaları muzeyin fondunda   mövcuddur.

 

 

1941 – 1944 – cü   illər.

SUMQAYIT BÖYÜK VƏTƏN    MÜHARİBƏSİ  İLLƏRİNDƏ.  

II Dünya müharibəsinin başlanması  Sumqayıtda tikinti işlərini dayandırdı. İşçi qüvvələr cəbhəyə səfərbər olundu.  Sumqayıtın tarixində bu işçilər arasında qəhrəmanlıq nümunəsi göstərən Sovet İttifaqı  Qəhrəmanları Y.M.Sinyov, M.Ələkbərovun xüsusi yeri vardır. Sumqayıtın ilk qurucularından S. Süleymanov, Freydlin, A. Babayev, Ş.Məcidov və  başqaları böyük  döyüş yolu keçmişlər. 1941–ci il oktyabrın 18–də Bakının rayonunda yaradılmış Qırmızı  bayraqlı 223–cü Belqrad diviziyasında   böyük döyüş yolu keçmiş sumqayıtın ilk  qurucularından Ç. Qurbanov mayor rütbəsinə  qədər  yüksəlmişdir. Bakının neft  mədənlərini fasiləsiz enerji  ilə  təmin  edən Sumqayıt 1 № li İES – nın kollektivinin Böyük Vətən  müharibəsində müstəsna xidmətləri olmuşdur. Ali Baş Komandan İ.Stalinin 1 № li İES–in əməkçilərinin xidmətlərini yüksək  qiymətləndirərək təşəkkür teleqramı  göndərmişdir. Azərbaycanın böyük  kimyasının flaqmanı olan sumqayıt SK  zavodu  ilə  bağlı  şəhərin  tarixindən maraqlı  bir  fakt məlumdur:“Faşist cinayətkarlarına qarşı aparılan Nürinberq prosesi haqqında sənədlərdə belə bir yazıya  rast  gəlmək olar: Hitlerin məşhur Barbarossa planında  hər şey  həll  olunmuşdu. Sumqayıtdakı SK–2  zavoduna əvvəlcədən Xayo Eylers direktor  təyin  edilmişdir. Hərbi  müəssisələrdən gələn  gəlir, fəhlələrin cüzi əmək haqqı, hətta direktorlar belə qabaqcadan müəyyən  olunmuşdu. Rus dilinin öyrənilməsi tövsiyyə edilirdi. Ancaq bu dili öyrənmək onlara  lazım olmadı. Bir rus məsəlində deyildiyi  kimi: “Öldürülməmiş ayının dərisini  qabaqcadan  bölmə”.

Bütün bunlara baxmayaraq  arxa cəbhədə  əməkçilər qəhrəmancasına çalışırdılar. Artıq  1944–cü  ildə Sovet Ordusunun təzyiqi ilə Hitler diviziyasının qalıqları  geri çəkilməyə başladı. Böyük  çətinliklərə  baxmayaraq  arxa  cəbhədə zavod və fabriklər öz işlərini  yenidən qururdular.

 

          Mövzunu əhatə edən sənədlər,  fotoşəkillər, şəxsi arxivlər və digər 

          muzey əşyaları muzeyin fondunda  mövcuddur.

 

 

 

1944 – 1949 – cu  illər.                     

MÜHARİBƏDƏN SONRA SUMQAYITIN TİKİNTİSİNİN  YENİDƏN DAVAM ETDİRİLMƏSİ.           

Dövlət Müdafiə Komitəsinin qərarı ilə  artıq may ayında Krasnavodskdan, Barnauldan və ölkənin başqa diyarlarından  yeni inşaatçı dəstələri gəlirdi. Yaşayış yeri,  tibbi yardım, yeməkxana, mağazalar, su  kəmərləri,  istehsalat bazası heç bir şey yox  idi. Amma bu çətinliklər inşaatçıları  qorxutmurdu. Ali Müdafiə Komitəsinin qərarı  ilə 17 yanvar 1944–cü ildə Abşeron  yarımadasının şimalında “Zaqafqaziyasənayetikinti” tresti yarandı.  Onun əsas vəzifəsi sumqayıtın metallurgiya  və kimya zavodlarının  tikintisini yerinə  yetirmək  idi. 1944–cü ilin oktyabrında“ Zaqsənayetikinti” trestinin iki  tikinti idarəsi, təminat mənzil–istismar idarəsi və istehsalat  idarəsi vardı. İlk Sosialist Əməyi Qəhrəmanı  A.Osmanov, qabaqcıl inşaatçılardan Z.İskəndərov, H.Ağayev, E.Aslanov, R.Aslanov və başqaları ən çətin istehsal məsələlərinin yerinə yetirilməsində Q.Hüseynovun, Q.Onışkonun, N.Cumayevin yaradıcı fikirlərindən bəhrələnirdilər. Onlar  öz qüvvələri  hesabına idman evi,  klublar və  digər mədəni–məişət evləri tikirdilər. 

1946–49–cu illərdə boru–yayma  zavodunda bir–birinin ardınca köməkçi sexlər işə düşdü. Sonra növbə əsas sexlərə keçdi. 1952–ci  ilin yeni il axşamında birinci və ilk stan “140” boruları verdi. Beləliklə Respublikamızda qara metallurgiyanın ilki işə düşdü. 1953–cü  il oktyabrın 23–də marten  sexi ilk  polad  ərintisini verdi.

Azərbaycan boru–yayma zavodunun ilk direktoru Məmmədov Yəhya Məmməd oğlu  olmuşdur. Uzun müddət bu müəssisədə  çalışan Pyotr Poxomoviç Podqornıy  Respublikanın əməkdar metallurqu adına  layiq görülmüşdür. 1948– ci  ildə Azərbaycan  Boru–yayma zavodunda çalışan Tağı  Quliyevin briqadası Sumqayıtda ilk  kommunist əməyi briqadasından biri olmuşdur. Poladəridən Allahverdi Süleymanov, Sosialist Əməyi Qəhrəmanları Murad Zeynalov, ilk metallurq qadın Zəminə Həsənovanın adları Sumqayıtda  hamıya məlumdur.

Sumqayıtda ən iri kimya  müəssisələrindən olan M.Əzizbəyov adına Kimya zavodu ( indiki SAM zavodu) 1945–ci  ildə özünün ilk  məhsulunu verdi. Yerli xammal ehtiyatlarının  xüsusi elektrik enerjisinin hesabına ölkənin  xalq təsərrüfatının xlor və kaustik soda   istehsalına təlabatı zavodda müharibədən  sonrakı illərdə məhsulun yeni növlərinin  yaranmasına və istehsalın artırılmasına imkan  verdi.

Böyük Vətən Müharibəsindən sonra  Sumqayıt qəsəbəsində sənaye  müəssisələrinin  tikintisi və işə salınması o qədər genişləndi ki, artıq onu şəhər kateqoriyasına daxil etmək  lazım gəlirdi. Əgər şəhər əhalisinin sayı 1939 –cu  ildə 6 mindən yuxarı idisə, 1949–cu ildə  bu rəqəm 17 mini ötmüşdü.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin əmri ilə 1949–cu ilin 22 noyabrında Bakının Sumqayıt rayonu rəsmi şəkildə  Sumqayıt şəhəri adın  aldı.

 

          Mövzunu əhatə edən sənədlər,  fotoşəkillər,  şəxsi arxivlər və digər muzey  əşyaları muzeyin  fondunda mövcuddur.

 

 

 

1949–1969–cu illər.     

SUMQAYITDA ŞƏHƏRSALMA İŞİ. YENİ SƏNAYE VƏ ŞƏHƏRİNİN TƏSƏRRÜFAT HƏYATININ, MƏDƏNİ–  MAARİF ŞƏBƏKƏLƏRİNİN   YARADILMASI.

Azərbaycanın neft-kimya sənayesinin ilki  sayılan SK zavodu 1952–ci ildə işə  başlamışdır. Həmin ilin 15 avqustunda Sovet  İttifaqında ilk dəfə olaraq bu müəssisədə etil  spirti, 1957–ci ilin sentyabrında isə ilk  Azərbaycan sintetik kauçuku alınmışdı.  Sintetik kauçukun  istehsalının bütün dövriyyəsi  SK  zavodunun  özündə  aparılır. 

Sumqayıt Alüminium zavodu Zaqafqaziyanın əlvan metallurgiyasının ilkidir. Zavod özünün ilk məhsulunu 8 mart  1955–ci ildə vermişdir. Qısa  müddət ərzində  zavod nəinki Sovet İttifaqında hətta, ondan  uzaqlarda da böyük şöhrət qazandı.  Müəssisədə çalışan elektroliz sexinin rəisi  Sergeyevə 1964 –cü  ildə Azərbaycan SSR– nin Əməkdar Mühəndisi adı verildi. Elektroliz  sexinin anodçularının briqadiri Məmməd  Rzayev Azərbaycan SSR–nin Əməkdar Metallurqu adına layiq görüldü. 1966–cı ildə Ə.Məmmədəliyev SosialistƏməyi  Qəhrəmanı adı aldı.

Avropada ən iri neft– kimya kombinatının  sumqayıtda tikintisinə 1960–cı ildə  başladılar. Kombinat nəhəng kimya zavodları və sexlərinin kompleksini təşkil edirdi. Kombinatın tikintisi Ümumittifaq zərbəçi  komsomolçu tikintisi kimi qeyd olundu. Müəssisənin təməlini Hacı hacıyevin başçılıq  etdiyi “Alüminium tikinti” nin ən qabaqcıl  briqadaları qoydu. Kombinatda yüksək  təzyiqli polietilen, fenol, benzol və s. kimi  müxtəlif məhsullar istehsal olunurdu. Bu kimi  məhsullar  digər müəssisələr üçün xammal  hesab olunurdu. 1979–cu ildə müəssisə ilk divinili verdi. “Üzvi sintez” istehsalat  birliyinin nomenklaturasına  46 adda məhsul  daxil idi. Müəssisə ölkənin bütün regionlarına 1200 şəhərə məhsul verirdi. Eyni zamanda  müəssisənin xaricdə də istehsalçıları var idi. 

Ümumiyyətlə 1950–60–cı illərdə  Sumqayıtda bir–birinin ardınca çoxlu sənaye  müəssisələri tikilib istifadəyə verilirdi. 1958– ci ildə kərpic zavodu, 1961–64–cü illərdə Superfosfat zavodu, Kimya kombinatının  müəssisələri, Kimya zavodunda xlorlu alüminium istehsalı işə düşür. 1965–ci ildə  Şüşə zavodu, 1966–cı ildə 2–ci İES sənayeyə  cərəyanı verdi. 1968–ci ildə Polimer tikinti  materialları kombinatı işə başladı. 

1950–ci illərin axırlarında Sumqayıtda ictimai–mədəni mühüt xüsusilə inkişaf  etmişdi. Bunu  xronika  da təsdiq edir :-1957–ci il “Neftkimyaavtomat” Elmi Tədqiqat  Layihə İnstitutu ;

-1958–ci  il  “  M. Əzizbəyov  adına  Sənaye İnstitutunun  filialı;

-Sumqayıt–Bakı dəmiryolu işə düşür ;

-S.Vurğun adına Kimyaçılar Mədəniyyət evi istifadəyə verildi;

-1959–cu ildə rabitə evi, ilk zərgərlik mağazası açılır;

-1959–cu ildə ilk radio verilişi verildi;

Yarandığı gündən bəri komsomolçuların və gənclərin əli ilə ucaldılmış şəhər haqlı  olaraq Xəzərdə Komsomolsk adlanırdı. Onların fədakar əməyinin nümunəsi IV Ümumittifaq zərbəçi komsomol tikintisi-  boru–yayma, alüminium, SK zavodlarının,  Kimya kombinatlarının yeni sənaye obyektlərinin tikintisindəki işləri və gənc  nəslin tərbiyyəsindəki müvəffəqiyyətlərə görə 1968–ci ildə şəhərin komsomol təşkilatı   ölkənin 39 komsomol komitəsi daxil olmaqla Qırmızı Əmək Bayrağı ilə  təltif olunmuşdur.

Kimya və metallurgiya müəssisələrinin  tikintisindəki müvəffəqiyyətlərə görə №-li tikinti tresti 1966–cı ildə Qırmızı Əmək   Bayrağı ordeni ilə təltif olunmuşdu. 

 

          Mövzunu əhatə edən sənədlər,  fotoşəkillər, şəxsi arxivlər və digər muzey   əşyaları muzeyin  fondunda  mövcuddur.

 

 

1970–1980–ci  illər.

 SUMQAYIT ŞƏHƏRİNİN TARİXİNDƏ    YENİ  İNKİŞAF MƏRHƏLƏSİ.       

Sumqayit şəhərinin əmək tarixçəsi çox   zəngindir. Şəhərin zənayesinin əsasını  aşağıdakı müəssisələr təşkil edirdi :

-V.İ.Lenin adına boru–yayma  zavodu ;

-Oktyabrın 50 illiyi adına “Üzvi sintez”   birliyi;

-M.Əzizbəyov adına Kimya Sənaye  Birliyi;

1978–ci ildə sintetik yuyucu məhsullar   zavodu   2- ci istehsalı  işə  düşdü. SAZ -da    yeraltı kanalizasiya yolları üçün alüminium  qapaqlar, novalçalar–yağış, qar sularını axıtmaq üçün,- istehsalına başlandı.

1979–cu ildə Sumqayıtın ərazisində artıq  185 müəssisə qeydə alınmışdı. Bu   müəssisələrdə 244 adda məhsul istehsal olunurdu ki, bunlardan 44–ü keyfiyyət  nişanına layiq görülmüşdü. 1980–ci ildə 45  min ton divinil istehsal olundu, 1981–ci ildə  SSRİ–də  ilk dəfə SK–25, SFZ–də yeni üsulla  istehsala başladı. Bütün bu məhsullar Dövlət  Keyfiyyət nişanına layiq görülmüşdü. Üst  trikotaj fabriki 47 növ modellər istehsal edirdi  ki, bu məhsullar ittifaqın bütün  respublikalarına göndərilirdi.

1984–cü ildə ilk dəfə SAZ–da    robotlaşmış sahə işə başladı. 

1988–ci ildə “Sintez kauçuk” birliyində  etilen–propilen kompleksinin ietehsalına  başlanır. Bu müəssisədə alınmış qatran    Belgiyaya və Finlandiyaya göndərilirdi. Superfosfat  zavodu öz məhsulunu dünyanın  7 ölkəsinə  ixrac edirdi.

1980–ci illərdə sumqayıtlılar– Azərbaycandan olan komsomolçu-gənclər  briqadası  inşaatçılar Urenqoy–Samara–  Ujqorod qaz kəmərinin çəkilişində ölkənin ən  vacib tikintilərində  P.Korçagin adına tələbə   inşaat dəstəsinin komsomolçuları çalışırdılar. Bunlara misal olaraq Lenin komsomolu  mükafatı Azərbaycan boru–yayma   zavodunun tornaçısı Təbiət  İsmayılov, Lenin  komsomolu mükafatı laureatı  “Üzvi sintez”   birliyinin  baş  maşinisti İ.Zamanov, XX ÜİKGİ–nin qurultayı nümayəndəsi “Üzvi   sintez” birliyinin baş  maşinisti M.Abdulovu   göstərmək olar.

11 nəfər sumqayıtlı Sosialist əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Sumqayıtın fəxri vətəndaşları arasında  sumqayıtlılardan başqa Azərbaycanın xalq şairi N.Xəzri, SSRİ xalq artisti–maestro  Niyazi və başqaları  da var  idi. 

Sumqayıt çoxmillətli və dostluq şəhəridir. Vaxtilə Sumqayıt  SSRİ–nin bir sıra   respublikaları ilə: Gürcüstanın Rustavi(1952),  Ukraynanın Çerkassı (1972) şəhərləri ilə  yanaşı AFR–in Lüdviqshafen (1977),  Rumıniyanın Piteşti (1971) şəhərləri ilə  dostluq münasibətləri qurmuşdur. Xüsusi nailiyyətlər şəhərin mədəni həyatına da öz  təsirini göstərirdi. 

H. Ərəblinski adına Dövlət Dram teatrı respublikada tanınmım teatrlardan biridir. Teatrın repertuarında tanınmış dramaturqların əsərləri əsasında hazırlanmış tamaşalar böyük müvəffəqiyyətlə tamaşaçılara təqdim  edilirdi. Teatrda Hicran Mehbalıyeva, A.Bəşirqızı, V.Kərimov kimi istedadlı  aktyorlar çalışırdılar.

Ümumittifaq və Ümumdünya yarışlarında fərqlənən sumqayıtlı idmançıların sayı xeyli çoxdur. Onların arasında sambo üzrə dünya  çempionu F.Ağayev, sərbəst güləş üzrə SSRİ çempionu R.Novruzov, şahmatçı F.Məhərrəmova, tenis üzrə avropa çempionu V. Papova və başqaları var idi. 

 

Mövzunu əhatə edən  sənədlər,  fotoşəkillər   və digər muzey əşyaları muzeyin    fondunda  mövcuddur.

 

 

1988 – 1991 – ci  illər.      

SUMQAYIT ŞƏHƏRİ SSRİ–NİN   DAĞILMASI ƏRƏFƏSİNDƏ.   

XX əsrin 80–ci illərindən başlayan ictimai–siyasi vəziyyət SSRİ məkanında yeni quruluşun yaranmasından xəbər verirdi.  Sovetlər birliyində yaşayan xalqlar arasında milli–azadlıq hərəkatının güclənməsi vahid ittifaqda birləşmiş respublikaların tədricən parçalanmasına və müstəqil dövlətlərə  ayrılmasına gətirib çıxartdı. Respublikalar arsındakı əlaqələr zəiflədi, bir–biri ilə zəncirvari bağlı olan iqtisadiyyat getdikcə  tənəzzülə uğradı. Qazaxıstan hadisələri, M.Qorbaçovun yenidənqurma siyasətinin acı  nəticələri özünü çoxmillətli Sumqayıtda  daha   qabarıq göstərdi. Dağlıq Qarabağ böhranı,  köçkün və qaçqın  problemi ilə qarşılaşan  Sumqayıt barıt çəlləyi kimi partladı. 291 min nəfər əhalisi olan Sumqayıtda 62 mindən çox  qaçqın və məcburi köçkün məskunlaşır. Yaranmış vəziyyət Sumqayıt hadisələrinin  baş verməsinə gətirib çıxartdı. 

1988 – ci  il fevralın 28–dən 29–a keçən  gecə Sumqayıtda planlaşdırılmış və  mərkəzdən idarə edilən terror aktı törədildi. Sumqayıtda komendant saatı elan olundu. Sumqayıtda  törədilən iqtişaşların müəllifi  ermənilər, kortəbii iştirakçıları isə  azərbaycanlılar oldu. Həmin günlərdə şəhərdə  törədilmiş iqtişaşlar zamanı 32 adam öldürülmüş (26 nəfər erməni, 5nəfər azərbaycanlı, 1 nəfər qeyri millət), 400  nəfərdən çox adam bədən xəsarəti almışdı. Həmin günlərdə Sumqayıt özünün 5 qurbanını verdi: Vəkil Babayev, Canpolad  Orucov, Natiq İsgəndərov, Dadaş Xudatov. Sumqayıta o vaxtkı qiymətlərlə 7 milyon rubl və ya 10 milyon ABŞ dolları məbləğində  ziyan vurulmuşdu. Sumqayıt hadisələrinin arxasınca 1990–cı il 20 yanvar Bakı  hadisələri Sumqayıtı da həyəcana  gətirdi. 20 yanvar faciəsi zamanı Sumqayıt daha 5 şəhid  verdi. SSRİ dağılmaqdan xilas olmaq üçün  hər çür varianta əl altı. Qarabağ   müharibəsinin sumqayıtlı şəhidləri.

 

          Mövzunu əhatə edən sənədlər, fotoşəkillər, şəxsi arxivlər və digər muzey  əşyaları  muzeyin fondunda mövcuddur.

 

 

1991 – 2003 – cü  illər. 

SUMQAYIT ŞƏHƏRİ MÜSTƏQİLLİK   DÖVRÜNDƏ.

1991– ci il 18 oktyabrda Azərbaycanın Müstəqillik aktı qəbul olundu. Müstəqilliyin ilk illərində respublika iqtisadiyyatında yaranmış durğunluq, qeyri–sabitlik Sumqayıtı sanki ölümə məhkum etdi. Metallurgiya, maşınqayırma, neft–kimya, yüngül sənaye kompleksləri  və digər sahələr   bu ətalətin təsirindən xilas ola bilmirdi.  Sumqayıt  “ölü” şəhərə çevrilirdi. İşsizlik, səfalət, ehtiyac və xüsusi özbaşınalıq və s.  Belə bir zamanda  xalqın təkidi və tələbi ilə 1993-cü  il iyunun 14–də Heydər Əliyev  yenidən hakimiyyətə qayıtdı. 1993-cü il  Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

-Atəşkəs;

-Hərbi  çağırışın qaydaya salınması ;

-Azərbaycan ordusunun NATO   standartlarına uyğunlaşdırılması;

-Azərbaycanın Avropa Birliyinə daxil olması;

-Yeni konstitusiyanın qəbul olunması ;

-Əsrin müqaviləsi ;

Müstəqil Respublikamızda iqtisadi  islahatlar həyata keçirilməyə başladı. Ölkə iqtisadiyyatının bazar münasibətləri əsasında formalaşmasında və iqtisadi islahatların dərinləşməsində özəlləşdirmə və yeni  mülkiyyət münasibətlərinin yaradılması  mühüm əhəmiyyət kəsb edirdi. Sumqayıtın mövcud iqtisadi və mədəni potensialının tam hərəkətə gətirilməsi istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilməyə  başlayır.

1990–cı il 21 noyabrda respublikamızda yaradılan ilk Səhmdar cəmiyyət olan “Xəzər” Sumqayıt Şüşə  zavodunun bazası əsasında  təşkil olunmuşdu. 1991–ci ildə  “Xəzər” CS tərəfindən Respublikada ilk dəfə eksperiment   olaraq Nazirlər Sovetinin 28 yanvar 1991–ci  il tarixli qərarı ilə özəlləşdirildi. Cəmiyyətin  36 kiçik müəssisəsi vardı.

Sumqayıtın metallurgiya nəhəngi sayılan Boru-prokatı zavodu 1999–cu ildə özəlləşdirilərək “Azərboru” SC yaradıldı.  Müəssisənin dirçəliş dövrü başladı.

2000–ci ildə Gəncə gil torpaq zavodu, Daşkəsən dağ mədən kombinatı və  Sumqayıt  alüminium zavodunu özündə  birləşdirən  “Azəralüminium” SC–nin  idarəetməyə verilməsi üçün tenderə çıxarıldı. 2003–cü ildə respublikamızda keçirilən  prezident seçkiləri ilə əlaqədar Baş Nazir İlham Əliyev oktyabrın 12–də “Azəralüminium” SC–nin Sumqayıt  alüminium zavoduna gəlmişdir. Baş Nazir  günün vacib məsələlərindən olan işsizlik probleminə toxunaraq gələcəkdə 600 min  yeni iş yerlərinin açılacağını bildirmişdir. 

2002-ci ilin mart ayında Sumqayıt Elektrik  Şəbəkəsi özəlləşdirilərək Türkiyənin “Barmek  Holdinq” şirkəti tərəfindən istifadəyə götürülmüşdü.

1990 – cı illərin ən nəhəg tikintilərindən biri EP–300-də buxar generator qurğusudur. 1999–cu il martın 24–də Heydər Əliyevin  təşəbbüsü və şəxsi iştirakı  ilə təməli qoyulan Buxar Generator Qurğusu  2001– ci il iyulun 7-də istifadəyə verildi. Qurğunun tikintisi “Eksimbank” tərəfindən ayrılmış kredit və “Michemen korporation” və “Chioda” yapon firmalarının sərmayəsi hesabına mümkün oldu. 

2003 - cü ilin mayında Türkiyənin “Dizayn Groupe” şirkəti Sumqayıtda plastik boru   zavodunun tikintisinə başlayır.

Özəl sektor Sumqayıtın iqtisadiyyatındabazar münasibətlərinin formalaşması və dərinləşməsində aparıcı   mövqeyə malikdi. 2001-ci ildə Sumqayıtda 800 qeyri-dövlət müəssisəsi fəaliyyət göstərmişdir ki, bu da 1998–ci illə müqaisədə  2,2 dəfə çox  idi. Onlardan 188 müəssisə  istehsal, 192 tikinti, 420 müəssisə xidmət  sahəsini əhatə etmişdi. 2001–ci ilin məlumatına görə özəl sektorda 46 SC və 40 birgə müəssisə olmuşdu. 

         

Mövzunu əhatə edən sənədlər, fotoşəkillər,  şəxsi arxivlər və digər muzey əşyaları    muzeyin fondunda mövcuddur.

 

 

2003 – cü il .

AZƏRBAYCANDA PREZİDENT    SEÇKİLƏRİ.        

                                         

15 oktyabr 2003–cü ildə Azərbaycan Respublikasında keçirilmiş prezident  seçkilərində etibarlı hesab edilmiş 2.421.061   səsdən prezidentliyə namizəd Azərbaycan Respublikasının Baş Naziri İlham Əliyev 1. 860.346 səs toplamışdı.

2003–cü il oktyabrın 31–də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirildi.

 

 

Mövzunu əhatə edən sənədlər, fotoşəkillər, şəxsi arxivlər və digər muzey əşyaları  muzeyin fondunda mövcuddur.

 

 

2005 – 2007 – ci  illər.                 

AZƏRBAYCAN RESPUBLİKASININ    PREZİDENTİ İLHAM ƏLİYEVİN  SUMQAYIT ŞƏHƏRİNƏ SƏFƏRLƏRİ.

Azərbaycan  Respublikasının Baş Naziri İlham Əliyev prezident seçkiləri ərəfəsində 2003–cü il  oktyabrın 12–də Sumqayıtda  oldu.

“Azəralüminium” SC–nin Sumqayıt istehsal sahəsinin açılışında iştirak etmiş, sonra  şəhərin mərkəzi hissəsində aparılmış abadlıq,  yenidənqurma işləri ilə tanış olmuş, dənizkənarı parkda şəhər ictimaiyyətinin  nümayəndələri ilə görüşmüşdür.

2005–ci il 12 avqustda Azərbaycan  Respublikasının  Prezidenti

 İlham Əliyev  Heydər Əliyevin  abidə  kompleksinin açılışında, 517 meqavat gücündə buxar–qaz qurğusunun  təməlqoyma  mərasimində  iştirak etmiş,

 1“Real” Sağlamlıq Tibb Mərkəzində olmuş,  47-ci məhəllədə şəhid ailələri və Qarabağ  müharibəsi əlillərinə yeni mənzillərin  orderlərini təqdim etmişdir.

2006–ci il 29 dekabr Azərbaycan   Respublikasının Prezidenti İlham Əliyev şüşə lifli boru  istehsal edəcək “Azkompozit”     zavodunun, “Bismak” MMC Qida-Sənaye   Kompleksinin açılış mərasimində iştirak  etmiş, dənizkənarı parkda şəhər sakinləri ilə görüşmüşdür.

2007–ci il 12 iyun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azəralüminium” SC Sumqayıt Alüminium   istehsalat sahəsində istifadəyə veriləcək 1 və 2 № li elektroliz korpuslarının, “Dizayn– Genay  Azərbaycan”  polietilen və polipropilen boru  zavodunun açılış mərasimində iştirak etmişdir.

 

Mövzunu əhatə  edən sənədlər,  fotoşəkillər, şəxsi  arxivlər və  digər muzey əşyaları   muzeyin  fondunda  mövcuddur.

 

 

2003 – 2008 – ci  illər.                    

SUMQAYIT ŞƏHƏRİNİN  İNKİŞAFININ   YENİ MƏRHƏLƏSİ.

                   

Sumqayıtın mövcud  iqtisadi və mədəni  potensialının tam hərəkətə gətirilməsi istiqamətində geniş miqyaslı  tədbirlər  həyata   keçirilməyə başlayır.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin “Azərbaycan  Respublikasında sosial–iqtisadi  inkişafın sürətləndirilməsi  haqqında “2003–cü il, “Azərbaycan Respublikası Regionlarının soaial–iqtisadi  inkişafı Dövlət Proqramının (2004–2008–ci  illər) təsdiq edilməsi haqqında” imzaladığı fərmanlar şəhərin mövcud potensial   imkanlarının hərəkətə gətirilməsinə, Sumqayıtın sosial–iqtisadi və mədəni inkişafına imkan verdi.

2004–cü il fevralın 18-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzi və Sumqayıt Şəhər İcra Hakimiyyəti “Sumqayıt şəhərinin sosial–iqtisadi  inkişafının sürətləndirilməsi imkanları” mövzusunda elmi–praktiki konfrans keçirildi. Konfransda Sumqayıtda fəaliyyət göstərən 370 dövlət müəssisəsində 32500 nəfər, 900 sahibkarlıq subyektində 6500 nəfərin  çalışdığı, şəhərdə 3400 fiziki şəxs sahibkarlıq   fəaliyyəti göstərir və 7272 nəfərin  daimi  işlə məşğul olduğu göstərildi.   

 “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət proqramı ( 2004 –2008–ci illər)” – nın qəbulunə keçən 4 il  ərzində şəhərdə mikroiqtisadi  sabitlik və davamlı inkişaf  təmin dilmişdir.        

2003–2007 –ci illərdə iki yeni məktəb binası Sumqayıt stansiyasında 500 yerlik 43 №-li, 21–ci  mikrorayonda 500 yerlik 2 № li yeni məktəb binası tikilib istifadəyə verildi. Məktəblərin əksəriyyəti kompyüter və lazımı tədris avadanlıqları ilə təmin olunmuşdu.

 

Sumqayıt Alüminium istehsal sahəsi.   

2003–cü ildən etibarən Sumqayıt    Alüminium istehsal  sahəsində 2 elektroliz korpusu (III və IV), 2006–cı ildə digər 2  korpusunun (I və II) fəaliyyəti tam yenidən  qurularaq məhsul istehsalına başlanılmış, 2007–ci ildə isə 2 yeni korpusun (I və II seriya  elektroliz korpusu) istifadəyə verilmişdir. Müəssisədə işləyənlərin  sayı 1400 nəfərə  çatmışdır. 

 

Sumqayıt Sənaye İstehsal ASC. 

 2006–cı  ilin mart  ayında “Sumqayıt İcarə Evtikmə  kombinatı” nın bazasında yaradılmışdır. Həmin ilin aprelində müəssisənin səhmlərinin alqı–satqı müsabiqəsində “Azkompozit” SC qalib elan edilmişdir. Müəssisə dekabr ayında fəaliyyətə başlamışdır. Müəssisənin açılış mərasimində prezident İlham Əliyev iştirak etmişdir. Müəssisədə  uzunluğu 12 m, dm 2000 mm  olan şüşə lifli borular hazırlanır. İşçilərin sayı  1300 nəfərə yaxındır.

 

 “FM” firması. 

 2003–cü ildə müəssisədə məhsul istehsalını  genişləndirmək məqsədilə yenidənqurma  işləri aparılmış, 2006–cı ildə kərpic  istehsalının il ərzində 30 milyona çatdırılması  üçün İngiltərə istehsalı olan 10 ədəd soba   quraşdırılmışdır.

 

 “Bismak  QSK”  MMC.

 2004–cü ilin aprelində təsis olunmuş, 2005 –ci ilin noyabrında fəaliyyətə başlamışdır. Prezident İlham Əliyev 2006–cı  ilin dekabrın 29-da müəssisədə olmuşdurş. Müəssisədə yüksək ixtisaslı 400 nəfər işçi fəaliyyət  göstərir. Onların 70% - i Sumqayıt şəhər sakinləridir. 

 

 “AZEL LTD” MMC.

 Elektrik tənzimləyici istehsalı sahəsi 2005– ci  ilin may ayından fəaliyyətə başlamışdır. Müəssisədə 40 nəfər daimi işlə  təmin  olunub. Ay ərzində  20 ədəddən çox elektrik  tənzimləyiciləri hazırlanır.

 

“Dizayn Genay Azərbaycan” MMC.  

Plastik boru zavodunda inşaat işləri 2004–cü  ildə başlamış, 2006–cı ilin sonunda başa  çatmışdı. Burada dm  50 mm–dən  500 mm-dək plastik borular istehsal olunur. Müəssisədə 30 nəfərdən çox daimi işlə təmin olunmuşdur. 2007–ci ilin iyununda Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev müəssisənin açılışında iştirak etmişdir.

 

“Basf Kaspian YK” MMC.   

 

Tikintisinə 2006–cı ilin əvvəlində başlamış. Həmin ilin sonunda beton məhlulu üçün qatqılar, metlaq–kafel yapışdırıcıları istehsalı sahəsi yaradılmışdır. Müəssisədə daimi 30 nəfərdən çox işçi işlə təmin edilmişdir.

2003–cü ilin dekabrında “Metallurq” MMC

2003–cü ilin oktyabrında “REM”  MMC

2005 – ci  ilin  dekabrında  “Yaşar–83” MMC

2005–ci ilin  mayında “Laoumann “  MMC

2005– ci ilin sonunda       “Azərtikintiserviz” MMC

2005 – ci  ilin  dekabrında “Azəri  star”   MMC

2006–cı ilin əvvəlində “Kaspian Sintez”  MMC

2005–ci ilin iyulunda “Qala”  MMC

2006–cı  il “K ənd  K”   MMC

2007 – ci  ildə “Az SAKS LTD” MMC

2007–ci ilin iyununda “Tac Holdinq”  MMC

2007–ci  ildə “Elitar” MMC fəaliyyətə  başlamışdır.

2003–2008–ci illərdə  Sumqayıt şəhərində 30–dan çox hündürmərtəbəli özəl yaşayış binası, şəhid ailələri və Qarabağ müharibəsi  əlilləri üçün 5 yaşayış binası tikilib istifadəyə verilmişdir. Şəhərin müxtəlif mikrorayonlarında 4 yeni park salınmış  və 5  iri fantan tikilmişdir.

2003–cü ildən etibarən şəhərdə mərkəzi  bankların 25 bank filialı fəaliyyət göstərir.  

 

 

Mövzunu əhatə edən sənədlər, fotoşəkillər,  şəxsi arxivlər və  digər  muzey  əşyaları muzeyin fondunda mövcuddur.

 

2003 -2008 –ci  illər.

ŞƏHƏRİN  DOSTLUQ  VƏ    PARTNYORLUQ  ƏLAQƏLƏRİ.

 

2003–cü ilin sentyabr ayında SSRİ  dövründə qardaşlaşmış şəhərlər sırasına daxil  olan Ukraynanın Çerkassı şəhəri ilə  Sumqayıt şəhəri arasında dostluq əlaqələrinin yenidən  bərpası istiqamətində ilk addımlar atıldı. 2004–cü ilin may ayında Çerkassı şəhərinin yaranmasının 718–ci ildönümündə iştirak edən Sumqayıt şəhərinin nümayəndə  heyəti qarşılıqlı əlaqələrin inkişafına dair  danışıqlar  apardı.

2001–ci il may ayının 25–də ÇXR–nın Cu  Cou şəhərinin nümayəndə heyətinin  Sumqayıt şəhərinə səfəri zamanı iki şəhər  arasında  dostluq əlaqələrinin  qurulmasına  dair Memorandum imzalandı. 2001–ci il  noyabrın 3–də Sumqayıt şəhərinin nümayəndə  heyətinin Cu Couya səfəri çərçivəsində  tərəflər arasında “Niyyət Protokolu”  imzalandı. 2002–ci ilin oktyabr–noyabr  aylarında mətni yazışma yolu ilə razılaşdırılaraq Sumqayıt şəhəri ilə Cu Cou şəhəri arasında əməkdaşlıq əlaqələrinin  yaranması və inkişaf etdirilməsinə dair  uzunmüddətli  Saziş  imzalandı.  

2004–cü ilin may ayında Sumqayıt şəhər nümayəndə heyəti İtaliyaya səfər etdi. Səfər çərçivəsində Bari əyalətinin Sənayeçilər  Assosasiyasında görüşlər keçirilmiş və işgüzar danışıqlar aparılmışdı. Mayın 21–də  Bari   meriyasında şəhər meri ilə  görüş  keçirildi   və iki şəhər arasında “Niyyət Protokolu” imzalandı. 2006–cı ildə şəhərlər arasında danışıqlar yenidən sürətlənmiş və 17 may 2006–cı ildə Sumqayıt–Bari əlaqələri səfirlik   səviyyəsində  bir daha  müzakirə olunmuşdu.

2005–ci ildə Türkiyənin Ceyhan  bələdiyyəsinin nümayəndə heyətinin Sumqayıta səfəri çərçivəsində iki şəhər  arasında əməkdaşlıq haqqında Saziş imzalandı. 

Təməli SSRİ dövründə Sumqayıt–Rustavi   dostluq əlaqələri 2007–ci  il iyunun 22–də  Kvemo–Kartli Quberniyasının nümayəndə heyətinin Sumqayıta səfəri zamanı yenidən  bərpa olundu. Hər iki şəhərin icra başçıları  tərəfindən şəhərlər arasında qardaşlıq  əlaqələrinin bərpasına dair Saziş imzalandı.

2007–ci il 28 iyun –1 iyul tarixdə Sumqayıt şəhərinin nümayəndə heyəti Mogilyov şəhərinin yaradılmasının 740 illik  yubiley tədbirlərində iştirak etmək üçün  Belarus Respublikasına səfər etmişdi. Səfər  çərçivəsində iyunun 29–da Magilyov–Sumqayıt əməkdaşlıq əlaqələrinin qurulmasına dair “Niyyət Protokolu”  imzaladı.

2004–cü ildən etibarən Avstriyanın Lints  və Azərbaycan Respublikasının Sumqayıt şəhərləri arasında partnyorluq əlaqələrinin  qurulmasına dair danışıqlar aparılmışdı. 2007–ci il 15–19 sentyabr tarixlərində  Sumqayıt şəhərinin nümayəndə heyəti Avstriyaya səfər etdi. Görüşlər zamanı şəhərlər arasında mədəniyyət, idman, turizm  və iqtisadiyyat sahələrində qarşılıqlı əməkdaşlığın qurulması müəyyən edilmiş və danışıqların davam etdirilməsi qərara  alınmışdı.

Keçmiş ittifaq dövründə Rumıniya Respublikasının Piteşti və Azərbaycan Respublikası Sumqayıt şəhərləri arasında   dostluq əlaqələrinin bərpası istiqamətində danışıqlar aparılır.

 

   

 Mövzunu əhatə edən sənədlər, fotoşəkillər,  şəxsi arxivlər və digər muzey əşyaları    muzeyin fondunda  mövcuddur.

Mövzu  ilə bağlı  muzeyin  fondunda mövcud olan  sənədlər, fotoşəkillər, şəxs arxivlər və digər muzey əşyaları  yeni ekspozisiyada yerləşdiriləcəkdir.

 

 

                                    İSTİFADƏ   OLUNMUŞ  ƏDƏBİYYAT:

 

 

1.   Leqenda o Sumqaite.

2.  Sumqait–kratkaya istoriçeskaya spravka.

3.  İzvleçeniye iz ukaza ot 22  noyabrya 1949  qoda.

4.  Oçerk istorii Sumqaitskoy  TEÇ –1.

5. Postonavleniye Soveta Ministrov Azerbaydjanskoy SSR ot 22 aprelya 1960 q.  za № 320 zavodu prisvoyeno naimenovaniye:   Sumqaitskoy sintetiçeskoqo  kauçuka im.“40  letiya Sovetskoqo Azerbaydjana”.

6.Z.Abdullayev “Sumqayıtın gənc  mübarizləri” Bakı:1959 – cu il.

7. F.Ə.Əliyev “Sosialist şəhəri Sumqayıt”   Bakı: 1962–ci  il.

8.H. Sadıqov.“Dostluq şəhəri”. Bakı: “Azərnəşr”1977.

9.N.B.Aqayev, İ.S.Qorin “Stupeni  vosxojdeniya”. Bakı: 1983–cü il.     

10.K.Q.Mamedbekov. “Sumqait Arxitekturno  planirovoçnoye razvitiya”. Baku,“Elm”  1988.q.

11.Eyruz Məmmədov “28–dən 29–na keçən  gecə”  “Sumqayıt” nəşr. 1998–ci  il.

12.E.Məmmədov.“Ermənitəxribatı (Sumqayıt, fevral  1988 – ci  il) faktlar və   mülahizələr”. Bakı: “Mütərcim” 2005 –ci il.

13.Q. Əhmədov,   B. Vəziroğlu  “  Sumqayıt  və   Sumqayıtlılar “. Bakı: “Zaman”,1999–cu  il.

 

14.“Sumqayıt” qəzeti, 29 mart  2003– cü  il.

15. “ Sumqayıt”  qəzeti,1 oktyabr  2003–cü  il.

16. “Azərbaycan”qəzeti, 10 aprel  2003–cü  il.

17.“Sumqayıt” qəzeti, 21 may 2003 – cü  il.

18.“ Sumqayıt”qəzeti, 16 iyun 2003–cü  il.

19.“Azərbaycan”qəzeti, 8 oktyabr 2003–cü  il.

20.“Məslək” qəzeti,  29 sentyabr 2003 – cü  il.

21.“Xalq” qəzeti, 31  mart  2003–cü  il.

22.“Sumqayıt şəhərinin sosial–iqtisadi  inkişafının sürətləndirilməsi imkanları”            mövzusunda elmi–praktiki konfrans. Sumqayıt–2004. 

23.“2004–2008–ci illərdə Sumqayıt şəhərində  sosial və iqtisadi sahələrdə inkişafın təmin  edilməsi Proqramı” mövzusunda konfrans.  Sumqayıt – 2005.

24.“Güclü sənaye potensialının  yaradılmasında Sumqayıt müəssisələrinin  rolu”mövzusunda konfrans. Sumqayıt–2006.

25.“Sumqayıt şəhərinin sosial-iqtisadi  inkişafı:mövcud problem və perspektivlər” konfrans materialları. Sumqayıt – 2008.

26. “Sumqayıtın sosial–iqtisadi inkişafı: 2003 –2008 – ci illər”