Şöbələr

  • PDF

Fond şöbəsi

Əsas vəzifələri:

-         Muzeyin profilinə uyğun materialları toplamaqla fondun komplektləşdirilməsi.

-         Müvafiq təlimata uyğun uçot-mühafizə sənədlərini tərtib etməklə muzey fondunun qeydiyyatının aparılması.

-         Hər bir qorunma vahidi üçün elmi-təsvir vərəqələri tərtib etməklə onların elmi inventarizasiyadan, eyni zamanda, fotofiksasiyadan keçirilməsinin təminatı.

-         Muzey əşyalarının temperatur-rütubət, işıq rejimini nəzərə almaq şərti ilə onların mühafizəsinin təlimata uyğun təminatı.


Ekspozisiya və kütləvi şöbə

Əsas  vəzifələri:

-         Ekspozisiya  mövzusunu  təyin  etməklə  tərtib  olunmuş  plan  əsasında  eksponatların  yerləşdirilməsinin, onların  etiket  və  annotasiyalarının  işlənilməsinin  təminatı.

-         Mövzu  ekspozisiyasının  ekskursiya  mətnlərinin, müxtəlif  mövzular  üzrə  mühazirələrin  işlənilməsini  və  onların  əsasında  tamaşaçı  ilə  ünsiyyət  qurulmasını  təmin  etmək.

-         Muzeylərə, o  cümlədən, məktəb  muzeylərinə  metodiki  kömək  göstərmək  və  ümumiyyətlə, muzey  işi  üzrə  metodiki  mərkəzin  işində  iştirakı  təmin  etməklə  elmi  heyətin  təcrübəsini  artırmaq.

-         Muzey  fondunun  zənginliyinə  əsaslanan  muzeydaxili  və  muzeydənkənar  sərgilərin  təşkili, tərtibatı.

-         Mədəni-kütləvi tədbirlərin, görüşlərin keçirilməsini təmin etmək.

-         Ekran-efir, mətbuat vasitəsi ilə muzeyin işini təbliğ etmək.

-         Muzeyə ziyarətçiləri cəlb etmək məqsədi ilə reklam işini təşkil etmək, müqavilələr bağlamaq.

-         Muzey işinin əsas istiqamətləri üzrə metodiki vəsaitlərin, kataloqların, bukletlərin hazırlanmasını  təmin etmək.