Rəhbərlik

  • PDF

Sumqayıtın Tarixi Muzeyinin direktoru – İslamova Olya Zəbi qızı

olya islamova23 iyun 1949-cu ildə Xızı rayonunun Altı-Ağac kəndində anadan olmuşdur.

1967-1973-cü illərdə S.M.Kirov adına ADU-nun tarix fakültəsini bitirərək tarixçi, tarix və ictimaiyyət müəllimi  ixtisasına yiyələnmişdir.

1967-1974-cü illərdə Sumqayıtın Tarixi Muzeyində kiçik elmi işçi vəzifəsində çalışan O. İslamova 1974-cü ildən muzeyin direktorudur.

2004-2009-cu illərdə Sumqayıt şəhər Bələdiyyəsinin üzvü olmuşdur.

2004-cü ildə Sumqayıt şəhərinin 55 illik yubileyi münasibətilə “Tərəqqi” medalına, 2008-ci ildə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşdür.

Baş mühafiz – Əliyev Namiq Əliyar oğlu

namiqƏliyev Namiq Əliyar oğlu 15 iyun 1971-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1993-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muzey işi, tarix və mədəniyyət abidələrinin mühafizəsi“ ixtisası üzrə “Muzeyşünaslıq” fakültəsini bitirmişdir. 1993-cü ildə Sumqayıt şəhərinin Tarixi Muzeyində kiçik elmi işçi, 1995-ci ildə böyük elmi işçi, 2009-cu ildən Baş mühafiz vəzifəsinə təyin olunmuşdur.

Sumqayıt şəhərinin tarixinin öyrənilməsi, muzey əşyalarının toplanması, mühafizəsi və təbliğ olunması istiqamətində mütəmadi elmi fəaliyyət göstərmişdir. Muzey fondunun zənginləşməsi, Sumqayıtın yaranma tarixində əməyi olan insanların, eləcə də Qarabağ müharibəsində şəhid olmuş sumqayıtlıların şəxsi arxivlərinin tərtib olunması və komplektləşdirilməsində xidmətləri olmuşdur.


Kütləvi ekspozisiya şöbəsinin müdiri – Əmirova Sevinc İldır qızı

sevincƏmirova Sevinc İldır qızı 1963-cü il yanvarın 30-da Yardımlı rayonunda anadan olmuşdur. 1981-1988-ci illərdə S. M. Kirov adına ADU-nin kitabxanaşünaslıq və biblioqrafiya ixtisası üzrə ali təhsil almışdır. 1985-ci ildən həyatını Sumqayıtla bağlamışdır. Əmək fəaliyyətinə kitabxana müdirliyi ilə başlamışdır, 1996-cı ildən isə Sumqayıt Şəhərinin Tarixi Muzeyində işə qəbul olunmuşdur. Kiçik elmi işçi, 2005-ci ildən isə kütləvi ekspozisiya şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.

Bu illər ərzində “Sumqayıt şəhərinin tarixi haqqında arayış”, “Xocalı tarixi yaddaşımızdır”, “Sumqayıt şəhidləri”, “Qələbənin əsgərləri”, “Sumqayıt sənayesinin bərpası”, “Sumqayıt tarixini yaşadan şəhər” adlı mühazirə, məruzə və elmi-metodiki vəsaitin müəllifidir. 2001, 2010-cu illərdə yeni ekspozisiyaların, səyyar və stasionar sərgilərin mövzu planlarının hazırlanmasında və qurulmasında iştirak etmiş və kütlələrin muzeyə cəlb olunmasında, ekskursiyaların təşkilində və tədbirlərin keçirilməsində təşkilatçı olmuşdur.