Heydər Əliyev və Sumqayıt

  • PDF

SOVET  DÖVRÜ (1969–1982-Cİ  İLLƏR )

1969 – cu  il.

İyulun  14 – də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu oldu.Təşkilati məsələlərin                                       müzakirəsinə həsr olunmuş plenumda Vəli Axundov Azərbaycan SSR Elmlər Akademiyası katibinin müavini seçilməsi ilə  əlaqədar  olaraq  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi vəzifəsindən və   Sov.İKP MK– nın siyasi bürosu üzvlüyündən azad  edilmişdir. Sov. İKP MK –nın katibi İ.V.Kapitonovun  iştirakı ilə keçirilən plenumda Heydər  Əlirza oğlu  Əliyev  Azərbaycan  SSR  KP MK-nın I katibi və büro üzvü   seçildi.Hakimiyyətə gəldiyi gündən Azərbaycanı keçmiş Sovet məkanında tükənməz intellektual potensiala, zəngin  təbii ehtiyatlara  malik bir ölkə  kimi  tanıtmağa qadir oldu. 

1971-ci  il.

Aprelin  7 – də  həyatının mənasını xalqa  xidmət etməkdə görən Heydər  Əliyev ilk dəfə olaraq 22 yaşlı Sumqayıta rəsmi səfər etdi. Həmin gün o,Sov.İKP–nin XXIV qurultayında iştirak edən Rumıniya  nümayəndə heyəti  ilə  birgə “Üzvi  sintez“  zavodunda  olmuş, sexləri gəzərək buraxılan məhsulların keyfiyyəti, insanların iş, məişət  şəraiti ilə  maraqlanmı, məsləhət   və   tövsiyələrini vermişdir.

Onun  məsləhəti  ilə şəhərimizdə həmin il “Kompressorlar“   zavodu istifadəyə   verildi. Yaponiyanın  “Nippon Elektrik  İndustri“ şirkətinin lisenziyası, avadanlığı əsasında qurulmuş müəssisədə soyuducular və   dondurucular üçün  motor-kompressor  istehsal  olunurdu.

Şəhərin  sosial həyatında yeniliklər  bir-birini   əvəz etməkdə idi. Səməd Vurğun  küçəsində yeni  8 mərtəbəli yaşayış binası sakinlərin ixtiyarına verildi.  Bir  il  sonra 1972-ci  ildə   ticarət  mərkəzi, göz    xəstəxanası, Sülh küçəsində 12 mərtəbəli yaşayış binası tikilib istifadəyə verildi. 12 –ci mikrorayonun  bünövrəsi   qoyuldu.

Məşədi  Əzizbəyov adına Kimya zavodunun qabaqcıl işçilərindən olan Dadaş Dadaşov “Sosialist Əməyi  Qəhrəmanı “ ( 29 avqust 1971 – ci  il )adına layiq görüldü.

1973-cü  il.

Noyabrın 30- da  Azərbaycan SSR KP MK –nın I katibi Heydər Əliyev ikinci dəfə Sumqayıta səfər etdi. Bu dəfə o, şəhərin  metallurgiya  nəhəngi  olan V.İ.Lenin adına Azərbaycan Boru– Prokatı zavodunda olmuş,  metallurqlarla görüşərək  öz irad və təkliflərini bildirmişdir. Heydər Əliyev ağır sənaye ilə yanaşı, yüngül   sənayenin   də   inkişafına diqqət yetirmiş, belə ki, onun göstərişi ilə 1973 –cü ildə “Xovlu iplik“ və “Üst trikotaj“ fabrikləri tikilib istifadəyə verilmişdi. Hər iki fabrik hətta SSRİ miqyasında belə ən iri müəssisələrdən hesab olunurdu.

1974-cü  il.

Yanvarın  31 – də  Sumqayıta səfər edən Heydər Əliyev şəhər partiya təşkilatının XVIII konfransında iştirak  edərək proqram xarakterli, dərin məzmunlu nitq söyləmişdir.O, öz çıxışında partiya təşkilatının qarşısında   mühüm vəzifələr qoymuş, tövsiyələrini vermişdir.

1974-cü  il.

Fevralın  28 – də Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I  müavini N. Tixonovla  birlikdə  şəhərimizə   gəlmiş, Azərbaycan  qara  metallurgiya sənayesinin flaqmanı olan Boru–Prokat zavodunda və Sumqayıt Kimya Sənayesi İstehsalat  Birliyində olmuşdur. Səfər çərçivəsində şəhərin kimya sənayesində  EP-300  qurğusunun tikilməsi haqqında təklif vermişdir. 1975-ci ildə təklif qəbul olunmuş, vəsait ayrılaraq hazırlıq    işləri görülmüşdür.

Nəhayət, 1980-ci  ildə nəhəng qurğunun  tikintisinə  başlanmış, lakin Heydər  Əliyev  SSRİ  rəhbərliyinə  irəli  çəkildikdən  sonra işlər  axıra  çatdırılmamışdır.

1974-cü  il.

Noyabrın  27 – də  Azərbaycan SSR KP MK-nın I katibi Heydər  Əliyev Sumqayıt  şəhərinin  25 illiyinə həsr olunmuş yubiley  sərgisində iştirak  etmək üçün Sumqayıta gəlmişdir. Şəhər  Partiya Komitəsinin və Şəhər   Sovetinin yığıncağında   nitq   söyləyərək   Sumqayıtın   planlaşdırılması, yaşıllaşdırılması, arxitekturası    işlərinə  yüksək  qiymət vermişdir. Bir  ildə Sumqayıta  3 dəfə  səfər etməsi bir  daha sübut  etmişdir ki, ölkə  başçısı şəhəri daim nəzarət altında saxlamış, onun ortaya çıxan hər bir problemini  operativ həll  etmişdir. Bu  nəzarətin  nəticəsidir  ki, Sumqayıt  nəhəng tikinti  meydanına  çevrilmişdir. 1974-cü  ildə  bir-birinin ardınca 24, 25, 26 №-li   məktəblər   tikilib   istifadəyə verilmişdir.

Şəhərin  hər  bir  sahəsində olduğu kimi mədəni sahədə də dəyişikliklər baş vermişdir. Belə ki, həmin ildən  etibarən, Gənclər  teatrı kimi fəaliyyət  göstərən H. Ərəblinski  adına Sumqayıt  teatrına 1974 – cü  ildə Dövlət Dram teatrı statusu verilmişdir.

1978 – ci  il.

Yanvarın  25 – də    Sov.İKP MK-nın I katibi V. Zimyaninlə  birgə Sumqayıta səfər edən Heydər Əliyev Neft  və Kimya Sənayesinin Kompleks avtomatlaşdırılması İnstitutunda, Azərbaycan  Boru– Prokat zavodunda  olmuşlar. Səfər çərçivəsində Heydər Əliyev  təhsil, elm, mədəniyyət müəssisələrinin işi ilə də  tanış olmuşdur.  Bu  səfərdən  sonra  şəhərin elm, təhsil adamlarına qayğı və diqqət daha da  artıtılmış, belə ki, həmin il  may  ayının  17  – də  12  №  - li məktəbin riyaziyyat müəllimi  Yaqub  Bünyad  oğlu  Bünyadov  “Azərbaycan  SSR  - in əməkdar  müəllimi “ fəxri adına layiq görülmüşdür.Şəhərin mədəni həyatı da diqqətdən yayınmamış, dənizkənarı parka “Nəsimi“ adı verilməklə yanaşı, həmin parkda sülh carçısı “Göyərçin“ abidəsi   qoyulmuşdur. Ü. Hacıbəyov  adına  “Kimyaçı“  mədəniyyət sarayının bünövrəsi qoyulmuşdur.  

1979 – cu  il.                        

Oktyabrın  5 – də   SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin I müavini V.V.Kuznetsovla birgə Sumqayıta  səfər edən Heydər Əliyev Azərbaycan Boru–Prokat zavodunda,  Sumqayıt Dövlət Rəsm Qalereyasında,  “Keyfiyyət evi “ ndə oldu. Ölkə başçısı “ Xovlu iplik “fabrikinin, Sumqayıt  Alüminium zavodunun, “Üzvi  sintez“ İstehsalat Birliyinin problemləri ilə tanış olmuş, müvafiq  tədbirlərin görülməsi üçün göstərişlər vermişdir. Əsa məqsəd “Xovlu iplik“ fabrikində avadanlıqların modernləşdirilməsi, SAZ və “Üzvi  sintez“ İstehsalat Birliyində  məhsul  buraxılışının, onun keyfiyyətinin yüksəldilməsi idi.    

1981 – ci  il.                         

Aprelin   8 – də   Sov.  İKP  MK – nın  siyasi bürosu üzvlüyünə  namizəd, Azərbaycan SSR  KP  MK –nın I  katibi  Heydər  Əliyev Sumqayıta səfər edərək “Xovlu iplik“, “Üst  Trikotaj“ fabriklərində,  BTZ – də,  SAZ – da,  Evtikmə kombinatında, “Üzvi sintez“ İstehsalat Birliyində, “Keyfiyyət evi“ndə, “Aygün“  məişət evində, Şahmat məktəbində olmuşdur. Səfər çərçivəsində sakinlərl görüşüb söhbət etmişdir.  

1981 – ci  il.                      

Aprelin  9 –  da   yenidən Sumqayıta dönən ölkə başçısı S.Vurğun adına mədəniyyət sarayında keçirilən   partiya fəallarının yığıncağında iştirak etmiş, böyük nitq söyləmişdir. Heydər Əliyevin Sumqayıt şəhərinə 2  günlük səfəri şəhərin gələcək taleyində mühüm rol  oynamış oldu. Xüsusilə mədəni sahədə  özünü daha  çox büruzə verdi. Belə ki, onun əməyi sayəsində H.Ərəblinski adına Sumqayıt  Dram Dövlət teatrının   repertuarını bəzəyən N.Həsənzadənin “Bütün  Şərq  bilsin“ əsəri 1981 –ci ilin aprel ayının 10–11–də Moskvada V. Mayakovski adına  Akademik teatrın səhnəsində oynanıldı və böyük uğur  qazandı. Tamaşa Ümumittifaq  müsabiqəsində II dərəcəli  diplomla, baş rolun ifaçısı, Azərbaycan SSR – in xalq artisti M. Dadaşov I dərəcəli diplomla  mükafatlandırıldı. Tamaşada “Nigar“ obrazını məharətlə yaratmış  Hicran  Mehbalıyeva bir  il sonra“ Azərbaycan SSR –in  əməkdar artisti“  fəxri  adına layiq görüldü. 

1982 – ci  il.                      

Fevralın  12- də    Azərbaycan  KP MK–nın I katibi Heydər  Əliyev  V.İ.Lenin  adına   Azərbaycan  Boru – Prokat zavodunda keçirilən Lenin cümə günündə çıxış etmiş, metallurqların suallarını cavablandırmışdır.  Həmin  il  şəhərin  ictimai – siyasi, iqtisadi – sosial  həyatında mühüm  rolu  olan şəxslər  üçün  yaddaqalan  il,  tarix olmuşdur.  Belə ki,  1982 – ci  ildə  Firudin Məmmədov (“Üzvi – sintez “ zavodu), İdris  Dadaşov (1 №- li  trest ) Azərbaycan Dövlət   Mükafatına, İbiş  Nərimanov  “Əməkdar kommunal və  məişət xidməti  işçisi “, Şirin Neymətova “Azərbaycan SSR-in  əməkdar həkimi “ fəxri adlarına layiq görülmüşlər. Faiq Ağayev  Azərbaycan sambo güləşi  tarixində ilk dəfə olara 1982–ci ildə Dünya çempionu titulunu qazanmışdır. Şəhərin sosial həyatında  yeniliklər baş  verirdi. Bir  il sonra 1983 –cü ildə 9–cu mikrorayonda yeni yaşayış massivi salındı. Şəhərimizdə ən hündürmərtəbəli bina sayılan 14 mərtəbə yaşayış binası istifadəyə verildi. 1982–ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti  sədrinin I müavini vəzifəsinə irəli çəkildi. Buna baxmayaraq daim  Azərbaycanı  diqqət  mərkəzində saxlayır, respublikada yaranmış problemləri mümkün qədər operativ  həll  etməyə  çalışırdı. 

Mövzunu   əhatə    edən   sənədlər,   fotoşəkillər,   şəxsi  arxivlər   və   digər    muzey    əşyaları    muzeyin fondunda mövcuddur.

MÜSTƏQİLLİK  DÖVRÜ.  (  1991 – 2003 – CÜ  İLLƏR )

1991 – ci   il   19 –  21 avqustda  Moskvada  baş  verən Dövlət çevtrilişi  SSRİ –nin dağılması  üçün  əsas  oldu. Çevrilişi  müdafiə  edən  başda  Ayaz  Mütəllibov  olmaqla  Azərbaycan KP -nin  rəhbərliyi  xalqın  artan  təzyiqini,  eləcə də öz hakim  mövqeyini saxlamaq  üçün 1991 –ci il avqustun 30-da Ali Sovetin  sessiyasında“ Azərbaycan  Respublikasının dövlət  müstəqilliyini bərpa etmək haqqında“  bəyannamə qəbul etməyə məcbur oldu. Dekabrın 29–da nəhayət ki, Azərbaycan Respublikasında ümumxalq referendumu keçirildi. Beləliklə, Azərbaycanın 28 aprel  1920 – ci ildə süquta uğramış, daha doğrusu uğradılmış müstəqilliyinin bərpası üçün   əsas addım  atıldı. Müstəqillik   yoluna qədəm qoymuş  hər bir  ölkə kimi  Azərbaycan üçün də öz daxili  və  xarici siyasət  konsepsiyasını hazırlayıb həyata  keçirilməsinə başlamaq aktual bir  vəzifə  idi.Təəssüf ki, 1991–1992 – ci illərdə bu istiqamətdə heç bir iş görülmədi. Ermənistanın təcavüzü ilə yanaşı, Azərbaycanda daxili sabitlik  pozulmuş,  hərc-mərclik, anarxiya baş alıb gedirdi.  Müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış, ölkə daxilində qızğın hakimiyyət  davası  gedirdi. Belə bir ağır vəziyyətdə  xalqın təkidi ilə 1993 – cü il iyunun 9 –da  Naxçıvan MR Ali Sovetinin  sədri  Heydər  Əliyev  Bakıya gəldi. İyun ayının 15 – də Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə təyin olundu. Oktyabrda isə yekdilliklə Müstəqil Azərbaycan Respublikasının prezidenti seçildi. Tədricən respublikada vəziyyət sabitləşdi, vətəndaş müharibəsinin qarşısı alındı. Noyabr ayından etidarən Ordu sıraları formalaşdırıldı. 

1993 – cü  il.                  

Dekabrın  28 – də    Müstəqil   Azərbaycan Respublikasının prezidenti  kimi sumqayıta  gələn Heydər  Əliyev   Türkiyənin “Teletaş “ firması tərəfindən  şəhərimizdə quraşdırılmış  telefon stansiyasının  açılışında  iştirak   etdi.  Türkiyə prezidenti  Süleyman Dəmirəllə birbaşa telefon əlaqəsi yaratdı. Sumqayıtın Tarixi Muzeyinin   qonağı   olan   Cənab   prezident Burada nümayiş   olunan   sərgi ilə tanış oldu. Sərgi ilə  tanışlıqdan  sonra   muzeyin  önündə   çıxış  edərək  “Azərbaycan xalqının  birlik,   həmrəylik  şəhəri“ adlandırdığı Sumqayıtın gələcək    inkişafı  üçün çalışacağını  bir   daha vurğuladı. 1994–cü ildə  Heydər  Əliyevin uzaqgörən   siyasəti  nəticəsində  “Atəşkəs “ -ə nail  olduq,  “Əsrin  müqaviləsi “– nə imza atdıq.  Həmin  ildə  ATƏT – in   Budapeşt   sammiti Dağlıq  Qarabağ   münaqişəsinin  beynəlxalq  hüquq  prinsiplərinə uyğun həlli haqqında qərar  çıxardı. 1995 – ci  il  noyabrın  12-də   Müstəqil   Azərbaycanın  Respublikada cərəyan edən ictimai– siyasi   hadisələr  sumqayıtdan yan keçmir, şəhərimizdə,onun tarixini yaşadan muzeydə az da olsa öz  təhlilini  tapır. Buna görə də  Heydər  Əliyev  Sumqayıtı “Kiçik  Azərbaycan“ adlandırmışdır.  

1996 – cı  il.                  

İyunun  2- də   cənab Heydər Əliyev BMT–nin İnkişaf Proqramı tərəfindən hazırlanmış “Azərbaycan  Respublikasında  insanın  inkişafı   haqqında hesabat“ kitabının  təqdimat mərasimində   iştirak etmək   üçün   Sumqayıta səfər etmişdir. Təqdimat mərasimində BMT–nin İnkişaf  Proqramının  rəhbəri C.Spet,  Azərbaycan Respublikasında BMT -nin rezidenti P. Lembo və digər rəsmi şəxslər iştirak etmişlər. Heydər  Əliyev  təqdimat  mərasimində  çıxış  edərkən demişdir : -Sumqayıtda yaranmış sənaye–qara metallurgiya, əlvan  metallurgiya,  kimya, toxuculuq, yüngül sənaye müəssisələri, burada yaranmış inşaat kompleksi bunlar  hamısı  birlikdə Azərbaycan  iqtisadiyyatının  inkişafında  çox əhəmiyyətli rol oynamışdır. Biz bunu   heç vaxt unuda bilmərik...

1998 – ci  il.                     

Sentyabrın  27 – də   Azərbaycan Respublikası Prezidentliyinə namizəd Heydər  Əliyev  Ü. Hacıbəyov  adına  “ Kimyaçı “  mədəniyyət  sarayı  qarşısında sumqayıtlı seçicilərlə görüşərək onların etimadını  doğruldacağına  söz   vermişdir. Onun şərəfinə  1998 – ci  ildə  şəhərimizdə  “Heydər  parkı“  yaradılmışdır.

1999 – cu  il.                   

  Martın  24 – də    Azərbaycan Respublikasınınprezidenti Heydər Əliyev Sumqayıta  növbəti səfər etmişdir. Bildiyimiz   kimi,  90 –cı  illərdə  məlum səbəblərdən Sumqayıtın sənaye müəssisələrinin istehsal  prosesində  durğunluq   yaranmışdı. Sənayenin dirçəlməsi, gələcək inkişafı üçün  böyük  məbləğdə   sərmayə qoyuluşu   tələb  olunurdu. Iqtisadiyyatda   yaranmış bu durğunluğu aradan qaldırmaq üçünHeydər  Əliyev  xarici  investorları  Sumqayıta cəlb etmişdir.1999 – cu ildə  EP – 300 kompleksində buxar–generator  qurğusunun  özülünün  qoyulması  mərasimində iştirak  və  çıxış  etmiş, tikintinin təməl daşını qoymuşdur.Yaponiyanın  “Niçimen “   şirkətinin maliyəsi hesabınaba tutan təməlqoyma mərasimində şirkətin  prezidenti cənab Vatari  də iştirak   etmişdir. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində digər müəssisələrin də  - “Azəralüminium“  ASC – nin Hollandiyanın “Fondel  Metal  Partisipations“  BV və  “Azərboru“ ASC-nin Böyük Britaniyanın “Tarqol  İnvestment  Limited“  şirkətləri  tərəfindən  maliyələşdirilməsi  nəzərdə  tutulmuşdur. Şəhərin sosial – mədəni həyatında da yeniliklər bir-birini əvəzləmiş, “Qızılgül“, “Mətanət“ şadlıq evləri sumqayıtlıların   ixtiyarına   verilmişdir. XXI əsrin  ilk ilində  illiyin astanasında Azərbaycan BMT– nin, Avropada Təhlükəsizlik və  Əməkdaşlıq   Təşkilatının, İslam Konfransı Təşkilatının, MDB-nin, Qara Dəniz Ölkələri  İqtisadi Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf  Bankının,İslam  İnkişaf  Bankının,  Asiya  İnkişaf  Bankının  üzvü  olmuş, Parlamentlərarası  İttifaq, Avropa  Şurası,  Avropa  Birliyi,  Avropa  Parlamenti, NATO və başqa beynəlxalq  təşkilatlarla qarşılıqlı  əlaqələr   yaratmışdır.  Bu  müddət  ərzində respublikamız  137 ölkə ilə diplomatik əlaqələr yaratmış və bu  əlaqələri   genişləndirmişdir.  21  xarici  ölkədə  Azərbaycanın  səfirliyi, baş konsulluq və daimi nümayəndəlikləri fəaliyyət göstərmişdir. Bundan əlavə,  ölkəmizdə  63  xarici  dövlətin səfirlikləri   öz   işlərini  qurmuşlar. Bütün bunlar ölkə başçısı  Heydər Əliyevin daxili və xarici siyasətinin təzahürüdür. 2001 –ci il  bir də ona görə yadda qalan il   olmuşdur ki,  elmin – maarifin inkişafı  naminə   kiril  əlifbası  latın  əlifbası  ilə əvəz   olunmuşdur.

2001 – ci  il.                       

İyulun  7 – də   dünya şöhrətli siyasətçi Heydər Əliyev yenidən Sumqayıta üz tutmuşdur. Bu dəfə o, təməli  1999 – cu ildə qoyulmuş EP – 300 kompleksində buxar– generator qurğusunun açılış mərasimində iştirak  etmiş və geniş  nitq söyləmişdir.  Qeyd etmişdir ki, bu qurğu  işə düşəndən sonra  zavod elektrik  enerjisi  ilə  sabit  təmin  olunacaqdır. Mərasimdə Heydər  Əliyevə Yaponiyanın “Niçimen“ və “Çioda  “ şirkətləri adından  xatirə olaraq qılınc hədiyyə edilmişdir.İqtisadi sahələrdə müsbət dəyişikliklər  bir–birini əvəz edirdi.  Şəhərimizdə budövrdə alüminium istehsalı bərpa olunmaq üzrə idi.Hollandiyanın“ Fondel Metal  Partisipations“ BV şirkətinin maliyəsi hesabına 2002 –ci ildə müəssisədə ilk  məhsul almaq işlərinə  hazırlıq gedirdi.İstehsalı tam həcmdə bərpa etmiş müəssisələr sırasında“ Sumqayıt Xovlu İplik “ və “Sumqayıt Toxucu “ATSC–ni qeyd etmək mümkündür. Özəl  tikinti materialları  şirkətində  kərpic və digər tikinti materialları   alıcılara  təqdim  olunmuşdur. “Sumqayıt  Polimer“ ATSC –də istehsal  olunan linoleum daxili  bazarda özünə yer  tapmışdır. Ümumiyyətlə şəhərdə 40–dan artıq birgə müəssisə, 800–dən artıq qeyri dövlət  müəssisəsi  fəaliyyət göstərməkdədir.                                      

2003 – cü  il.                  

 Aprelin  3 – də    möhtərəm  prezident  Heydər  Əliyev  Sumqayıta  sonuncu dəfə səfər etmişdir. Həmin  gün   bütün respublika ictimaiyyətinin diqqəti Sumqayıta yönəlmişdi. Dövlət başçısı Sumqayıtda ictimai–mənəvi iqlimin  dəyişdirilməsinə yönəldilmiş müşavirədə şəhərin problemlərini hərtərəfli əhatə edən proqram     xarakterli  nitq söylədi.Televiziya ilə yayımlanan müşavirədə prezident son illər yığılıb qalan problemləri   tezliklə həll etmək,  kadrların seçilməsində, özəlləşdirilmədə  yol  verilən  nöqsanların aradan qaldırılması zərurətindən söz açmışdır.Şəhər icra hakimiyyətinin başçısı Təvəkkül Məmmədov işdə yol verdiyi  nöqsanlara görə vəzifədən uzaqlaşdırıldı. Həmin vəzifəyə YAP İdarə Heyətinin  üzvü, Azərbaycan  Respublikası Gənclər, İdman və Turizm nazirinin I müavini Vaqif Əliyev təyin olundu. 3 aprel   müşavirəsindən sonra Sumqayıt sanki ikinci həyatını yaşayır. Şəhərin hər  bir sahəsində  yeniliklər, hər  bir  guşəsində  aparılan  quruculuq – abadlıq   işləri  göz  önündədir. Möhtərəm  prezidentin Sumqayıt səfərləri sübut edir ki, ölkə başçısı Sumqayıtı daim nəzarətdə saxlamış, sumqayıtlılara qayğı və diqqətlə yanaşmışdır.O, Sumqayıtı “Azərbaycanın gözəl təcəssümü“ adlandırmışdır.Bu gözəllik ulu öndərin daxili və xarici  siyasətinin  bəhrəsidir.

Mövzunu   əhatə    edən   sənədlər,   fotoşəkillər,   şəxsi  arxivlər   və   digər    muzey    əşyaları    muzeyin     fondunda mövcuddur.

 İstifadə   olunmuş   ədəbiyyat:

 1.    Jurnal     “  XXI  əsr.  Lider  “          № 06.          07 / 2002.

 2.    Jurnal     “  Heydər  Əliyev  və  Sumqayıt  “               2003.

 3.   Musa  Qasımlı   “ Heydər  Əliyev – İstiqlala  gedən  yol.

 ( 1969 – 1987 –   ci  illər ) “   Bakı  - 2006.

 4.    Heydər  Əliyev  dünyanın  gözü  ilə      Bakı – 2003.

 5.   Azərbaycan  xalq  cümhuriyyəti  ensiklopediyası.  (  ı  cild ).

           “ Lider “  nəşr. – 2004.

Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Обычная таблица"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt; mso-para-margin:0cm; mso-para-margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:10.0pt; font-family:"Times New Roman"; mso-ansi-language:#0400; mso-fareast-language:#0400; mso-bidi-language:#0400;}

SOVET  DÖVRÜ (1969–1982-Cİ  İLLƏR )

1969 – cu  il.

İyulun  14 – də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu oldu.Təşkilati məsələlərin                                       müzakirəsinə həsr olunmuş plenumda Vəli Axundov Azərbaycan SSR Elmlər Akademiyası katibinin müavini seçilməsi ilə  əlaqədar  olaraq  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi vəzifəsindən və   Sov.İKP MK– nın siyasi bürosu üzvlüyündən azad  edilmişdir. Sov. İKP MK –nın katibi İ.V.Kapitonovun  iştirakı ilə keçirilən plenumda Heydər  Əlirza oğlu  Əliyev  Azərbaycan  SSR  KP MK-nın I katibi və büro üzvü   seçildi.Hakimiyyətə gəldiyi gündən Azərbaycanı keçmiş Sovet məkanında tükənməz intellektual potensiala, zəngin  təbii ehtiyatlara  malik bir ölkə  kimi  tanıtmağa qadir oldu. 

1971-ci  il.

Aprelin  7 – də  həyatının mənasını xalqa  xidmət etməkdə görən Heydər  Əliyev ilk dəfə olaraq 22 yaşlı Sumqayıta rəsmi səfər etdi. Həmin gün o,Sov.İKP–nin XXIV qurultayında iştirak edən Rumıniya  nümayəndə heyəti  ilə  birgə “Üzvi  sintez“  zavodunda  olmuş, sexləri gəzərək buraxılan məhsulların keyfiyyəti, insanların iş, məişət  şəraiti ilə  maraqlanmı, məsləhət      tövsiyələrini vermişdir.

Onun  məsləhəti  ilə şəhərimizdə həmin il “Kompressorlar“   zavodu istifadəyə   verildi. Yaponiyanın  “Nippon Elektrik  İndustri“ şirkətinin lisenziyası, avadanlığı əsasında qurulmuş müəssisədə soyuducular və   dondurucular üçün  motor-kompressor  istehsal  olunurdu.

Şəhərin  sosial həyatında yeniliklər  bir-birini   əvəz etməkdə idi. Səməd Vurğun  küçəsində yeni  8 mərtəbəli yaşayış binası sakinlərin ixtiyarına verildi.  Bir  il  sonra 1972-ci  ildə   ticarət  mərkəzi, göz    xəstəxanası, Sülh küçəsində 12 mərtəbəli yaşayış binası tikilib istifadəyə verildi. 12 –ci mikrorayonun  bünövrəsi   qoyuldu.

Məşədi  Əzizbəyov adına Kimya zavodunun qabaqcıl işçilərindən olan Dadaş Dadaşov “Sosialist Əməyi  Qəhrəmanı “ ( 29 avqust 1971 – ci  il )adına layiq görüldü.

1973-cü  il.

Noyabrın 30- da  Azərbaycan SSR KP MK –nın I katibi Heydər Əliyev ikinci dəfə Sumqayıta səfər etdi. Bu dəfə o, şəhərin  metallurgiya  nəhəngi  olan V.İ.Lenin adına Azərbaycan Boru– Prokatı zavodunda olmuş,  metallurqlarla görüşərək  öz irad və təkliflərini bildirmişdir. Heydər Əliyev ağır sənaye ilə yanaşı, yüngül   sənayenin      inkişafına diqqət yetirmiş, belə ki, onun göstərişi ilə 1973 –cü ildə “Xovlu iplik“ və “Üst trikotaj“ fabrikləri tikilib istifadəyə verilmişdi. Hər iki fabrik hətta SSRİ miqyasında belə ən iri müəssisələrdən hesab olunurdu.

1974-cü  il.

Yanvarın  31 – də  Sumqayıta səfər edən Heydər Əliyev şəhər partiya təşkilatının XVIII konfransında iştirak  edərək proqram xarakterli, dərin məzmunlu nitq söyləmişdir.O, öz çıxışında partiya təşkilatının qarşısında   mühüm vəzifələr qoymuş, tövsiyələrini vermişdir.

1974-cü  il.

Fevralın  28 – də Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I  müavini N. Tixonovla  birlikdə  şəhərimizə   gəlmiş, Azərbaycan  qara  metallurgiya sənayesinin flaqmanı olan Boru–Prokat zavodunda və Sumqayıt Kimya Sənayesi İstehsalat  Birliyində olmuşdur. Səfər çərçivəsində şəhərin kimya sənayesində  EP-300  qurğusunun tikilməsi haqqında təklif vermişdir. 1975-ci ildə təklif qəbul olunmuş, vəsait ayrılaraq hazırlıq    işləri görülmüşdür.

Nəhayət, 1980-ci  ildə nəhəng qurğunun  tikintisinə  başlanmış, lakin Heydər  Əliyev  SSRİ  rəhbərliyinə  irəli  çəkildikdən  sonra işlər  axıra  çatdırılmamışdır.

1974-cü  il.

Noyabrın  27 – də  Azərbaycan SSR KP MK-nın I katibi Heydər  Əliyev Sumqayıt  şəhərinin  25 illiyinə həsr olunmuş yubiley  sərgisində iştirak  etmək üçün Sumqayıta gəlmişdir. Şəhər  Partiya Komitəsinin və Şəhər   Sovetinin yığıncağında   nitq   söyləyərək   Sumqayıtın   planlaşdırılması, yaşıllaşdırılması, arxitekturası    işlərinə  yüksək  qiymət vermişdir. Bir  ildə Sumqayıta  3 dəfə  səfər etməsi bir  daha sübut  etmişdir ki, ölkə  başçısı şəhəri daim nəzarət altında saxlamış, onun ortaya çıxan hər bir problemini  operativ həll  etmişdir. Bu  nəzarətin  nəticəsidir  ki, Sumqayıt  nəhəng tikinti  meydanına  çevrilmişdir. 1974-cü  ildə  bir-birinin ardınca 24, 25, 26 №-li   məktəblər   tikilib   istifadəyə verilmişdir.

Şəhərin  hər  bir  sahəsində olduğu kimi mədəni sahədə də dəyişikliklər baş vermişdir. Belə ki, həmin ildən  etibarən, Gənclər  teatrı kimi fəaliyyət  göstərən H. Ərəblinski  adına Sumqayıt  teatrına 1974 – cü  ildə Dövlət Dram teatrı statusu verilmişdir.

1978 – ci  il.

Yanvarın  25 – də    Sov.İKP MK-nın I katibi V. Zimyaninlə  birgə Sumqayıta səfər edən Heydər Əliyev Neft  və Kimya Sənayesinin Kompleks avtomatlaşdırılması İnstitutunda, Azərbaycan  Boru– Prokat zavodunda  olmuşlar. Səfər çərçivəsində Heydər Əliyev  təhsil, elm, mədəniyyət müəssisələrinin işi ilə də  tanış olmuşdur.  Bu  səfərdən  sonra  şəhərin elm, təhsil adamlarına qayğı və diqqət daha da  artıtılmış, belə ki, həmin il  may  ayının  17  – də  12    - li məktəbin riyaziyyat müəllimi  Yaqub  Bünyad  oğlu  Bünyadov  “Azərbaycan  SSR  - in əməkdar  müəllimi “ fəxri adına layiq görülmüşdür.Şəhərin mədəni həyatı da diqqətdən yayınmamış, dənizkənarı parka “Nəsimi“ adı verilməklə yanaşı, həmin parkda sülh carçısı “Göyərçin“ abidəsi   qoyulmuşdur. Ü. Hacıbəyov  adına  “Kimyaçı“  mədəniyyət sarayının bünövrəsi qoyulmuşdur.  

1979 – cu  il.                        

Oktyabrın  5 – də   SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin I müavini V.V.Kuznetsovla birgə Sumqayıta  səfər edən Heydər Əliyev Azərbaycan Boru–Prokat zavodunda,  Sumqayıt Dövlət Rəsm Qalereyasında,  “Keyfiyyət evi “ ndə oldu. Ölkə başçısı “ Xovlu iplik “fabrikinin, Sumqayıt  Alüminium zavodunun, “Üzvi  sintez“ İstehsalat Birliyinin problemləri ilə tanış olmuş, müvafiq  tədbirlərin görülməsi üçün göstərişlər vermişdir. Əsa məqsəd “Xovlu iplik“ fabrikində avadanlıqların modernləşdirilməsi, SAZ və “Üzvi  sintez“ İstehsalat Birliyində  məhsul  buraxılışının, onun keyfiyyətinin yüksəldilməsi idi.    

1981 – ci  il.                         

Aprelin   8 – də   Sov.  İKP  MK – nın  siyasi bürosu üzvlüyünə  namizəd, Azərbaycan SSR  KP  MK –nın I  katibi  Heydər  Əliyev Sumqayıta səfər edərək “Xovlu iplik“, “Üst  Trikotaj“ fabriklərində,  BTZ – də,  SAZ – da,  Evtikmə kombinatında, “Üzvi sintez“ İstehsalat Birliyində, “Keyfiyyət evi“ndə, “Aygün“  məişət evində, Şahmat məktəbində olmuşdur. Səfər çərçivəsində sakinlərl görüşüb söhbət etmişdir.  

1981 – ci  il.                      

Aprelin  9 –  da   yenidən Sumqayıta dönən ölkə başçısı S.Vurğun adına mədəniyyət sarayında keçirilən   partiya fəallarının yığıncağında iştirak etmiş, böyük nitq söyləmişdir. Heydər Əliyevin Sumqayıt şəhərinə 2  günlük səfəri şəhərin gələcək taleyində mühüm rol  oynamış oldu. Xüsusilə mədəni sahədə  özünü daha  çox büruzə verdi. Belə ki, onun əməyi sayəsində H.Ərəblinski adına Sumqayıt  Dram Dövlət teatrının   repertuarını bəzəyən N.Həsənzadənin “Bütün  Şərq  bilsin“ əsəri 1981 –ci ilin aprel ayının 10–11–də Moskvada V. Mayakovski adına  Akademik teatrın səhnəsində oynanıldı və böyük uğur  qazandı. Tamaşa Ümumittifaq  müsabiqəsində II dərəcəli  diplomla, baş rolun ifaçısı, Azərbaycan SSR – in xalq artisti M. Dadaşov I dərəcəli diplomla  mükafatlandırıldı. Tamaşada “Nigar“ obrazını məharətlə yaratmış  Hicran  Mehbalıyeva bir  il sonra“ Azərbaycan SSR –in  əməkdar artisti“  fəxri  adına layiq görüldü. 

1982 – ci  il.                      

Fevralın  12- də    Azərbaycan  KP MK–nın I katibi Heydər  Əliyev  V.İ.Lenin  adına   Azərbaycan  Boru – Prokat zavodunda keçirilən Lenin cümə günündə çıxış etmiş, metallurqların suallarını cavablandırmışdır.  Həmin  il  şəhərin  ictimai – siyasi, iqtisadi – sosial  həyatında mühüm  rolu  olan şəxslər  üçün  yaddaqalan  il,  tarix olmuşdur.  Belə ki,  1982 – ci  ildə  Firudin Məmmədov (“Üzvi – sintez “ zavodu), İdris  Dadaşov (1 №- li  trest ) Azərbaycan Dövlət   Mükafatına, İbiş  Nərimanov  “Əməkdar kommunal və  məişət xidməti  işçisi “, Şirin Neymətova “Azərbaycan SSR-in  əməkdar həkimi “ fəxri adlarına layiq görülmüşlər. Faiq Ağayev  Azərbaycan sambo güləşi  tarixində ilk dəfə olara 1982–ci ildə Dünya çempionu titulunu qazanmışdır. Şəhərin sosial həyatında  yeniliklər baş  verirdi. Bir  il sonra 1983 –cü ildə 9–cu mikrorayonda yeni yaşayış massivi salındı. Şəhərimizdə ən hündürmərtəbəli bina sayılan 14 mərtəbə yaşayış binası istifadəyə verildi. 1982–ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti  sədrinin I müavini vəzifəsinə irəli çəkildi. Buna baxmayaraq daim  Azərbaycanı  diqqət  mərkəzində saxlayır, respublikada yaranmış problemləri mümkün qədər operativ  həll  etməyə  çalışırdı. 

Mövzunu   əhatə    edən   sənədlər,   fotoşəkillər,   şəxsi  arxivlər      digər    muzey    əşyaları    muzeyin fondunda mövcuddur.

MÜSTƏQİLLİK  DÖVRÜ.  (  1991 – 2003 – CÜ  İLLƏR )

1991 – ci   il   19 –  21 avqustda  Moskvada  baş  verən Dövlət çevtrilişi  SSRİ –nin dağılması  üçün  əsas  oldu. Çevrilişi  müdafiə  edən  başda  Ayaz  Mütəllibov  olmaqla  Azərbaycan KP -nin  rəhbərliyi  xalqın  artan  təzyiqini,  eləcə də öz hakim  mövqeyini saxlamaq  üçün 1991 –ci il avqustun 30-da Ali Sovetin  sessiyasında“ Azərbaycan  Respublikasının dövlət  müstəqilliyini bərpa etmək haqqında“  bəyannamə qəbul etməyə məcbur oldu. Dekabrın 29–da nəhayət ki, Azərbaycan Respublikasında ümumxalq referendumu keçirildi. Beləliklə, Azərbaycanın 28 aprel  1920 – ci ildə süquta uğramış, daha doğrusu uğradılmış müstəqilliyinin bərpası üçün   əsas addım  atıldı. Müstəqillik   yoluna qədəm qoymuş  hər bir  ölkə kimi  Azərbaycan üçün də öz daxili    xarici siyasət  konsepsiyasını hazırlayıb həyata  keçirilməsinə başlamaq aktual bir  vəzifə  idi.Təəssüf ki, 1991–1992 – ci illərdə bu istiqamətdə heç bir iş görülmədi. Ermənistanın təcavüzü ilə yanaşı, Azərbaycanda daxili sabitlik  pozulmuş,  hərc-mərclik, anarxiya baş alıb gedirdi.  Müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış, ölkə daxilində qızğın hakimiyyət  davası  gedirdi. Belə bir ağır vəziyyətdə  xalqın təkidi ilə 1993 – cü il iyunun 9 –da  Naxçıvan MR Ali Sovetinin  sədri  Heydər  Əliyev  Bakıya gəldi. İyun ayının 15 – də Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə təyin olundu. Oktyabrda isə yekdilliklə Müstəqil Azərbaycan Respublikasının prezidenti seçildi. Tədricən respublikada vəziyyət sabitləşdi, vətəndaş müharibəsinin qarşısı alındı. Noyabr ayından etidarən Ordu sıraları formalaşdırıldı. 

1993 – cü  il.                  

Dekabrın  28 – də    Müstəqil   Azərbaycan Respublikasının prezidenti  kimi sumqayıta  gələn Heydər  Əliyev   Türkiyənin “Teletaş “ firması tərəfindən  şəhərimizdə quraşdırılmış  telefon stansiyasının  açılışında  iştirak   etdi.  Türkiyə prezidenti  Süleyman Dəmirəllə birbaşa telefon əlaqəsi yaratdı. Sumqayıtın Tarixi Muzeyinin   qonağı   olan   Cənab   prezident Burada nümayiş   olunan   sərgi ilə tanış oldu. Sərgi ilə  tanışlıqdan  sonra   muzeyin  önündə   çıxış  edərək  “Azərbaycan xalqının  birlik,   həmrəylik  şəhəri“ adlandırdığı Sumqayıtın gələcək    inkişafı  üçün çalışacağını  bir   daha vurğuladı. 1994–cü ildə  Heydər  Əliyevin uzaqgörən   siyasəti  nəticəsində  “Atəşkəs “ -ə nail  olduq,  “Əsrin  müqaviləsi “– nə imza atdıq.  Həmin  ildə  ATƏT – in   Budapeşt   sammiti Dağlıq  Qarabağ   münaqişəsinin  beynəlxalq  hüquq  prinsiplərinə uyğun həlli haqqında qərar  çıxardı. 1995 – ci  il  noyabrın  12-də   Müstəqil   Azərbaycanın  Respublikada cərəyan edən ictimai– siyasi   hadisələr  sumqayıtdan yan keçmir, şəhərimizdə,onun tarixini yaşadan muzeydə az da olsa öz  təhlilini  tapır. Buna görə də  Heydər  Əliyev  Sumqayıtı “Kiçik  Azərbaycan“ adlandırmışdır.  

1996 – cı  il.                  

İyunun  2- də   cənab Heydər Əliyev BMT–nin İnkişaf Proqramı tərəfindən hazırlanmış “Azərbaycan  Respublikasında  insanın  inkişafı   haqqında hesabat“ kitabının  təqdimat mərasimində   iştirak etmək   üçün   Sumqayıta səfər etmişdir. Təqdimat mərasimində BMT–nin İnkişaf  Proqramının  rəhbəri C.Spet,  Azərbaycan Respublikasında BMT -nin rezidenti P. Lembo və digər rəsmi şəxslər iştirak etmişlər. Heydər  Əliyev  təqdimat  mərasimində  çıxış  edərkən demişdir : -Sumqayıtda yaranmış sənaye–qara metallurgiya, əlvan  metallurgiya,  kimya, toxuculuq, yüngül sənaye müəssisələri, burada yaranmış inşaat kompleksi bunlar  hamısı  birlikdə Azərbaycan  iqtisadiyyatının  inkişafında  çox əhəmiyyətli rol oynamışdır. Biz bunu   heç vaxt unuda bilmərik...

1998 – ci  il.                     

Sentyabrın  27 – də   Azərbaycan Respublikası Prezidentliyinə namizəd Heydər  Əliyev  Ü. Hacıbəyov  adına  “ Kimyaçı “  mədəniyyət  sarayı  qarşısında sumqayıtlı seçicilərlə görüşərək onların etimadını  doğruldacağına  söz   vermişdir. Onun şərəfinə  1998 – ci  ildə  şəhərimizdə  “Heydər  parkı“  yaradılmışdır.

1999 – cu  il.                   

  Martın  24 – də    Azərbaycan Respublikasınınprezidenti Heydər Əliyev Sumqayıta  növbəti səfər etmişdir. Bildiyimiz   kimi,  90 –cı  illərdə  məlum səbəblərdən Sumqayıtın sənaye müəssisələrinin istehsal  prosesində  durğunluq   yaranmışdı. Sənayenin dirçəlməsi, gələcək inkişafı üçün  böyük  məbləğdə   sərmayə qoyuluşu   tələb  olunurdu. Iqtisadiyyatda   yaranmış bu durğunluğu aradan qaldırmaq üçünHeydər  Əliyev  xarici  investorları  Sumqayıta cəlb etmişdir.1999 – cu ildə  EP – 300 kompleksində buxar–generator  qurğusunun  özülünün  qoyulması  mərasimində iştirak    çıxış  etmiş, tikintinin təməl daşını qoymuşdur.Yaponiyanın  “Niçimen “   şirkətinin maliyəsi hesabınaba tutan təməlqoyma mərasimində şirkətin  prezidenti cənab Vatari  də iştirak   etmişdir. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində digər müəssisələrin də  - “Azəralüminium“  ASC – nin Hollandiyanın “Fondel  Metal  Partisipations“  BV və  “Azərboru“ ASC-nin Böyük Britaniyanın “Tarqol  İnvestment  Limited“  şirkətləri  tərəfindən  maliyələşdirilməsi  nəzərdə  tutulmuşdur. Şəhərin sosial – mədəni həyatında da yeniliklər bir-birini əvəzləmiş, “Qızılgül“, “Mətanət“ şadlıq evləri sumqayıtlıların   ixtiyarına   verilmişdir. XXI əsrin  ilk ilində  illiyin astanasında Azərbaycan BMT– nin, Avropada Təhlükəsizlik və  Əməkdaşlıq   Təşkilatının, İslam Konfransı Təşkilatının, MDB-nin, Qara Dəniz Ölkələri  İqtisadi Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf  Bankının,İslam  İnkişaf  Bankının,  Asiya  İnkişaf  Bankının  üzvü  olmuş, Parlamentlərarası  İttifaq, Avropa  Şurası,  Avropa  Birliyi,  Avropa  Parlamenti, NATO və başqa beynəlxalq  təşkilatlarla qarşılıqlı  əlaqələr   yaratmışdır.  Bu  müddət  ərzində respublikamız  137 ölkə ilə diplomatik əlaqələr yaratmış və bu  əlaqələri   genişləndirmişdir.  21  xarici  ölkədə  Azərbaycanın  səfirliyi, baş konsulluq və daimi nümayəndəlikləri fəaliyyət göstərmişdir. Bundan əlavə,  ölkəmizdə  63  xarici  dövlətin səfirlikləri   öz   işlərini  qurmuşlar. Bütün bunlar ölkə başçısı  Heydər Əliyevin daxili və xarici siyasətinin təzahürüdür. 2001 –ci il  bir də ona görə yadda qalan il   olmuşdur ki,  elmin – maarifin inkişafı  naminə   kiril  əlifbası  latın  əlifbası  ilə əvəz   olunmuşdur.

2001 – ci  il.                       

İyulun  7 – də   dünya şöhrətli siyasətçi Heydər Əliyev yenidən Sumqayıta üz tutmuşdur. Bu dəfə o, təməli  1999 – cu ildə qoyulmuş EP – 300 kompleksində buxar– generator qurğusunun açılış mərasimində iştirak  etmiş və geniş  nitq söyləmişdir.  Qeyd etmişdir ki, bu qurğu  işə düşəndən sonra  zavod elektrik  enerjisi  ilə  sabit  təmin  olunacaqdır. Mərasimdə Heydər  Əliyevə Yaponiyanın “Niçimen“ və “Çioda  “ şirkətləri adından  xatirə olaraq qılınc hədiyyə edilmişdir.İqtisadi sahələrdə müsbət dəyişikliklər  bir–birini əvəz edirdi.  Şəhərimizdə budövrdə alüminium istehsalı bərpa olunmaq üzrə idi.Hollandiyanın“ Fondel Metal  Partisipations“ BV şirkətinin maliyəsi hesabına 2002 –ci ildə müəssisədə ilk  məhsul almaq işlərinə  hazırlıq gedirdi.İstehsalı tam həcmdə bərpa etmiş müəssisələr sırasında“ Sumqayıt Xovlu İplik “ və “Sumqayıt Toxucu “ATSC–ni qeyd etmək mümkündür. Özəl  tikinti materialları  şirkətində  kərpic və digər tikinti materialları   alıcılara  təqdim  olunmuşdur. “Sumqayıt  Polimer“ ATSC –də istehsal  olunan linoleum daxili  bazarda özünə yer  tapmışdır. Ümumiyyətlə şəhərdə 40–dan artıq birgə müəssisə, 800–dən artıq qeyri dövlət  müəssisəsi  fəaliyyət göstərməkdədir.                                      

2003 – cü  il.                  

 Aprelin  3 – də    möhtərəm  prezident  Heydər  Əliyev  Sumqayıta  sonuncu dəfə səfər etmişdir. Həmin  gün   bütün respublika ictimaiyyətinin diqqəti Sumqayıta yönəlmişdi. Dövlət başçısı Sumqayıtda ictimai–mənəvi iqlimin  dəyişdirilməsinə yönəldilmiş müşavirədə şəhərin problemlərini hərtərəfli əhatə edən proqram     xarakterli  nitq söylədi.Televiziya ilə yayımlanan müşavirədə prezident son illər yığılıb qalan problemləri   tezliklə həll etmək,  kadrların seçilməsində, özəlləşdirilmədə  yol  verilən  nöqsanların aradan qaldırılması zərurətindən söz açmışdır.Şəhər icra hakimiyyətinin başçısı Təvəkkül Məmmədov işdə yol verdiyi  nöqsanlara görə vəzifədən uzaqlaşdırıldı. Həmin vəzifəyə YAP İdarə Heyətinin  üzvü, Azərbaycan  Respublikası Gənclər, İdman və Turizm nazirinin I müavini Vaqif Əliyev təyin olundu. 3 aprel   müşavirəsindən sonra Sumqayıt sanki ikinci həyatını yaşayır. Şəhərin hər  bir sahəsində  yeniliklər, hər  bir  guşəsində  aparılan  quruculuq – abadlıq   işləri  göz  önündədir. Möhtərəm  prezidentin Sumqayıt səfərləri sübut edir ki, ölkə başçısı Sumqayıtı daim nəzarətdə saxlamış, sumqayıtlılara qayğı və diqqətlə yanaşmışdır.O, Sumqayıtı “Azərbaycanın gözəl təcəssümü“ adlandırmışdır.Bu gözəllik ulu öndərin daxili və xarici  siyasətinin  bəhrəsidir.

Mövzunu   əhatə    edən   sənədlər,   fotoşəkillər,   şəxsi  arxivlər     digər    muzey    əşyaları    muzeyin     fondunda mövcuddur.

                                                                 İstifadə   olunmuş   ədəbiyyat:

     1.    Jurnal       XXI  əsr.  Lider            № 06.          07 / 2002.

     2.    Jurnal       Heydər  Əliyev    Sumqayıt                 2003.